Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fransanın müstəmləkələri Bakıdan kömək istəyir

Tarix: 25-02-2024 19:13     Baxış: 4169 A- / A+



"...Fransa polisi oğlumun evinin qapısını partladaraq açıb. Halbuki o özü qapını açmağa etiraz etməyib. Bunun ardından oğlumu yerə yatıran polis əməkdaşları onun qollarını qandallayaraq başına silah dayayıb və bütün bunlar beş yaşlı nəvəmin gözləri qarşısında baş verib. Uşaq ağlı ilə atasını azad etmək istəyən körpəyə cavab olaraq isə uşaq kənara atılıb və onun bütün oyuncaqları sındırılıb. Hadisə ilə bağlı Korsikada baş verə biləcək etirazlar nəzərə alınaraq oğlum dərhal Parisə aparılıb. Düzdür, bəzi etiraz aksiyaları da oldu. Hadisədən təxminən üç həftə sonra oğlum nəzarətdən buraxıldı. Lakin onun Korsikaya, ailəsinin yanına qayıtmasına qadağa qoyulub. Məntiqlə düşünsək həbsdən buraxılan bir insan haqqında hansısa ittihamın olmadığını və onun səbəbsiz yerə belə münasibətə məruz qaldığını anlamaq elə də çətin deyil".
"Nazione" hərəkatı Korsikada yaxın zamanlarda yaradılıb. Yaranmasından iki gün sonra
Fransa ərazisi sayılan, lakin yerli sakinlərin əsrlərdən bəri müstəqillik uğrunda mübarizə apararaq özlərini işğaldakı insanlar olduqlarını dedikləri Korsika adasında bu yaxınlarda yaradılmış "Nanzione" hərəkatının koordinasiya bürosunun üzvü Alan Antuan Simoni belədeyir. Onun sözlərinə görə, oğlu Anto Simoni "Nazione"nin fəallarından biridir.

"Onun iki azyaşlı uşağı var və bu hadisə uşaqların gözləri qarşısında baş verib. Oğlum adi bir maliyyəçidir, o, maliyyə məsələləri üzrə ekspertdir və ətrafında, xüsusilə gənclər arasında çox böyük nüfuza sahibdir. Oğluma, eyni zamanda, hərəkat daxilində də ciddi hörmət göstərilir. Elə bu səbəbdən də o, Fransa rəsmiləri tərəfindən bir növ terror münasibəti ilə üzləşib", - Alan Antuan Simoni söyləyib.
Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) fəalı Robert Kurto isə hesab edir ki, məhz Azərbaycanın dəstəyindən və təşəbbüslərindən sonra kanakların milli-azadlıq mübarizəsi barədə dünyaya daha dolğun, daha müfəssəl məlumatlar vermək imkanları əldə ediblər.
Fevralın 23-də, səhər saatlarında Martinikdən olan iki fərqli milli müstəqillik üzrə hərəkat partiyasının rəhbərləri "Air France" aviaşirkəti tərəfindən təyyarəyə buraxılmayıb. Onlar Bakının təşəbbüsü ilə keçirilən "Dekolonizasiya: İntibah dövrünün başlanğıcı" mövzusunda beynəlxalq konfransımızda iştirak etmək üçün İstanbula yola düşürdülər. Şirkətin nümayəndəsi onlara təyyarəyə minmələrinin bloklandığı ilə bağlı açıqlama verib. Lakin bununla bağlı heç bir hüquqi əsas və ya dəlil göstərilməyib.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasovun dediyinə görə, bundan əvvəl də dəfələrlə bu kimi hallar müşahidə edilib. Ötən il dekabrın 14-də Bakı Təşəbbüs Qrupunun İsveçrədə BMT-nin qərargahında keçirilən konfransına dəvət edilən QHT rəhbəri bir ingilis vətəndaşı da İsveçrənin hökumət nümayəndələri tərəfindən hava limanında saxlanılmışdı. Bu şəxsin Cenevrəyə daxil olmasına qadağa qoyuldu. O, eyni zamanda hüquqşünasdır. Davam edən uzun müzakirələrdən sonra təyyarəyə buraxılmamasının səbəbi açıq şəkildə ona izah edildi və bildirildi ki, bu, Fransa hökumətinin İsveçrə hökumətindən bir xahişidir. Bu təzyiqlər sonradan da davam etdi.

Fransanın bundan sonra da təzyiqləri dayandıracağı, müstəmləkələrində yerli xalqların milli-azadlıq mübarizəsini pressinqlər və kobud müdaxilələrlə qarşısını almağa çalışacağı şübhəsizdir.
Fəqət, rəsmi Parisin neokolonializm siyasəti Bakı Təşəbbüs Qrupunun dekolonizasiya prosesinə verdiyi töhfə və dəstəyi əsirgəməsinə zərrə qədər təsir etməyəcək.
Parisə ən yaxşı cavablardan biri isə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilən "Dekolonizasiya: İntibah dövrünün başlanğıcı" mövzusunda beynəlxalq konfrans oldu.
Konfransa qatılan Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları xalqlarının məruz qaldıqları müstəmləkəçilikdən dərin narahatlıqlarını ifadə etmək üçün Fransa Prezidenti Emmanuel Makrona məktub ünvanlayıblar.
Məktubda 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin imzalanmasından sonra, özünüidarəetmənin beynəlxalq normalarının Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının öz müqəddəratını təyinetmə və müstəmləkəsizləşdirmə üçün tələb olunan şərtləri nəzərdən keçirməsi sayəsində inkişaf etməyə başladığı vurğulanıb. Qeyd olunub ki, 1946-1960-cı illərdə BMT Baş Assambleyası tərəfindən müvafiq qətnamələr qəbul edildi və bu beynəlxalq prinsiplər üzrə qlobal konsensus yarandı. 1960-cı ildə dekolonizasiya haqqında tarixi bəyannamənin (1514 saylı qətnamə), ondan sonra 1541 saylı qətnamənin qəbul edilməsi ilə proses sürətləndi. Bu hadisələr müstəmləkə ərazilərində olan ölkələrin müstəqillik uğrunda hərəkatına təkan verdi.
Sözügedən tarixi qətnamədən 64 il keçməsinə baxmayaraq, Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları xalqları hələ də müstəmləkəçiliyin yeni təzahürlərinə məruz qalırlar.
2023-cü ildə beynəlxalq əhəmiyyətli qeyri-hökumət təşkilatı kimi yaradılmış Bakı Təşəbbüs Qrupunun (BTQ) əsas məqsədi müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizəni dəstəkləməkdir.
Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilən beynəlxalq konfranslar zamanı Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarının müstəqillik tərəfdarları və millətçiləri tərəfindən məşğulluq, mənzillə təminat, təbii sərvətlərin istismarı və digər sahələrdə ayrı-seçkilik halları, o cümlədən hökumətinizin himayəsi altında təşkil edilən kütləvi emiqrasiya ilə bağlı ilk mənbədən çoxsaylı məlumatlar verilib.
Fransanın yürütdüyü neoimper və neokolonialist siyasətin siması gerçəkdən də, iyrəncdir
Belə ki, Fransa inhisarlarının xeyrinə əhalinin həddindən artıq ərzaq asılılığını (ərzaq məhsullarının 80 faizdən çoxu Fransadan gəlir), həyatın yüksək qiymətini təşkil edən düşünülmüş zəif iqtisadi inkişaf strategiyasının aidiyyəti ölkələrdə həyata keçirilməsi; yoxsulluq (Fransız Qvianası əhalisinin 50 faizi yoxsulluq həddində yaşayır) və kütləvi işsizlik, beləliklə, bu ərazilərin gələcəyini ciddi şəkildə təhlükə altına alan hər cür sui-istifadələrin (zorakılıq, silah və narkotik ticarəti) həyata keçirilir.
Qviana ilə bağlı yerli və qəbilə xalqları haqqında 1989-cu il tarixli 169 saylı Konvensiyasının ratifikasiya hələ də olunmayıb.
Fransız mədəniyyəti hegemonluğu institutları və getdikcə yoxa çıxmaq təhlükəsi altında olan yerli dilləri arxa plana keçirən və xalqlarımızın tarixinə, coğrafiyalarımıza uyğun gəlməyən fransız məktəb proqramlarını uşaqlarımıza tətbiq edən assimilyasiya siyasəti nə xalqlarımızın tarixinə, nə coğrafiyamıza, nə mədəniyyətlərimizə, nə də gələcəyimiz üçün ambisiyalarına uyğun deyil.
Torpaqların zəbt edilməsi (Fransız Qvianası torpaqlarının 90 faizi Fransa dövlətinə aiddir), milyonlarla kvadratkilometr Eksklüziv İqtisadi Zonalara (ZEE) nəzarət (bu, Fransanı 11 milyon kvadratkilometr ZEE ilə dünyada ikinci dəniz gücü edir) və onilliklər ərzində gənclərin Fransaya deportasiyası siyasəti vasitəsilə Qvadelupa və Martinikada görünməmiş bir demoqrafik böhrana, təbii ehtiyatların talanmasına böyük imkan yaradan məskunlaşma müstəmləkəsinə dönməsinə səbəb olub.
Bütün müqavimət hərəkatlarını cinayətləşdirən və rüşvətxorları qoruyan iki səviyyəli müstəmləkə ədliyyə sisteminin yaradılması (Martinika və Qvadelupada xlordekon zəhərlənməsi və torpaq istilasına qarşı mübarizə aparan gənclərin həbsi, korsikalılar üçün onların siyasi dustaq statusunu tanımadan onları mühakimə edən və onların dustaqlıq şəraitinə qeyri-bərabər münasibət göstərən müstəsna yurisdiksiyaların yaradılması); habelə Polineziya müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına yenidən daxil edildikdən bəri "boş kreslo" siyasəti Parisin gerçək simasıdır.

Yerli xalqlarla zərrə qədər də məsləhətləşmədən ərazilərdən böyük Qərb dövlətlərinin Hind-Sakit okean zonasından (Polineziya, Yeni Kaledoniya), eləcə də Karib-Amerika zonasından (Fransız Qvianası, Martinika, Qvadelupa) və Korsikadan (Solenzara bazası) müharibə hazırlıqlarında geostrateji hərbi bazalar kimi istifadə edilməsini də unutmayaq.
Parisin müstəmləkə siyasətinin miqyasının və intensivliyinin qarşısının alınmasıə yaxın perspektivin işi deyil. Lakin artıq aktiv fəaliyyətə başllanimalıdır. Fransanın neokolonialist siyasət tətbiq etdiyi ərazilərdə yerli xalqların mədəni və dini irsinin vəziyyəti ilə əlaqədar hesabat hazırlamaq üçün UNESCO-nun rəhbərliyi altında beynəlxalq ekspert qrupunun yaradılması və dərhal müvafiq ərazilərə göndərilməsinə ehtiyac var.
Bununla yanaşı, Fransa hökumətini ətraf mühit, iqtisadiyyat, insan haqları və yerli xalqların hüquqları sahələrində vəziyyətin yerində öyrənilməsi məqsədilə ATƏT-dən xüsusi missiyanın göndərilməsini tələb etmək gərəkdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar