Xəbər lenti
"AŞPA Azərbaycan və Ermənistana münasibətdə neytrallıq nümayiş etdirməlidir" - Millət vəkili
“ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı fəaliyyətdə olduğu dövrdə heç bir əməli addımlar atmadı. Azərbaycan torpaqları işğalı davam etdi, köçkünlərin geri qayıtması ilə bağlı Ermənistana qarşı heç bir təzyiq göztərilmədi. Əksinə, Azərbaycanı yaranmış status-kvo ilə barışmağa razı salmaq istədilər”.
Manevr.az bildirir ki, bu fikiləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı çıxışı haqda danışarkən söyləyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edəndən sonra da sülh təklif edən tərəf oldu: Əslində, məşğlub olmuş tərəf kimi Ermənistan sülhü təklif etməli idi. Amma, Ermənistan hətta Azərbaycanın irəli sürdüyü sülh müqaviləsinə lazımi cavab vermədi. Və Müharibədən keçən 3 ildən artıq müddətdə Ermənistanın prosesi süründürmək siyasətini görürük. Ermənistan sanki, vaxt qazanır, bu arada ciddi silahlanmağa başlayıb. Müxtəlif dəstəkçiləri də silahlandırma prosesində iştirak edirlər. Bu isə Cənubi Qafqaz regionunda yeni müharibənin alovunması riskini artırır. Doğrudur, hazırda Azərbaycanla Ermənistan arasında nisbi sakitlik hökm sürür. Atəşkəsin pozulması halları qeydə alınmır. Tərəflər arasında birbaşa kommunikasiya qurulub. Sülh müqaviləsi ilə bağlı davamlı sənəd mübadiəsi aparılır. Lakin, Ermənistanın xaricdəki havadarları sülhün əldə olunmaması üçün Azərbaycana qarşı ədalətsiz siyasət yürüdür. Bu siyasətin başında isə sözsüz ki, Fransa dayanır”.
A.Məmmədovun sözlərinə görə Ermənistan Azərbaycanla davamlı sülh əldə etmək istəyirsə, bir sıra hüquqi-normativ sənədlərinə, o cümlədən, konstitusiyasına əl gəzdirməlidir: “Çünki, bu sənədlərdə Azərbaycana, o cümlədən, qardaş Türkiyəyə qarşı bir sıra ərazi iddiaları əksini tapıb. Avropa təşkilatları bunlarla bağlı Ermənistana çağırış etməkdənsə, Azərbaycan nümayəndə heyətinin etimadnaməsi Avropa Şurası Parlament Assambleyasında təsdiqlənmir. Azərbaycan öz suverenliyini bərpa edəndən sonra bir sıra Avropa dairələrinin Azərbaycana qarşı kəskin mövqe sərgiləməsi sadəcə, təəəssüf doğurur. AŞPA Azərbaycan və Ermənistana münasibətdə neytrallıq nümayiş etdirməli, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Cənab Prezidentin öz çıxışında dediyi kimi, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar