Xəbər lenti
"Türk Dövləti Təşkilatı ölkələri" alternativ sosial şəbəkə platformalarını yaratmalıdır
Kollektiv mübarizəyə qarşı fərdi dirəniş deyil, kollektiv mübarizə lazımdır.
Bilirik ki, Qərb kollektiv inkişafa, Şərq isə fərdi inkişafa üstünlük verir. Kollektiv Qərb öz elm və iqtisadi gücündən istifadə edərək, onların dediyi ilə oturub durmayan ölkələrə qarşı bir qayda olaraq motivasiya-manipulyasiya mexanizmini işə salır və öz məqsədinə çatanadək bu ölkələrə (və ya ölkə başçılarına) qarşı adətən ya şirnikləşdirici ya da təhdidedici metodlardan istifadə edir.
Daim ittifaqlar yaradaraq kollektiv gücdən istifadə edən kollektiv Qərbə qarşı fərdi mübarizə aparan hələ ki, hansısa ölkənin böyük uğur qazandığı ağıla gəlmir. Aydındır ki, güclü birliyə qarşı təkbaşına dirəniş göstərmək, bir müddət müqavimət göstərmək mümükündür, davamlı mübarizə aparmaq isə elə də asan məsələ deyil.
Kollektiv Qərbin Türk Dövlətləri Təşkilatına üzv ölkələri Qazaxısatan, Özbəkistan, Türkmənistana qarşı ayrı-ayrılıqda apardığı istismarçı-merkantil iqtisadi maraq siyasəti, erməni və buna bənzər məsələlərlə bağlı Türkiyə və Azərbaycana qarşı apardığı qərəzli təbliğat kompaniyaları və ümumilikdə türkdilli dövlətlərə qarşı apardığı ikili standart siyasətini anlamaq üçün artıq insayder məlumatlara yox, sadəcə sosial şəbəkələrdə baş verənlərə diqqət yetirmək kifayət edir.
Bəzən sadəcə xalqımızı maarifləndirmək üçün, bəzən qərəzli fikirlərə qarşı fikir bildirmək, müdafiə olunmaq, milli maraq və dəyərlərimizi qorumaq üçün peşəkar mütəxəssislərimizin, ziyalılarımızın, fikir adamlarımızın yazıları, videoları sosial şəbəkələrdən silinir, şəxsi səhifələri bloklanır. Halbuki, cəmiyyətimiz, ölkəmiz üçün bayağı, zərərli olan yazılar, videolar paylaşan, Qərb dəyərlərini təbliğ edən şəbəkə istifadəçilərinə nəinki toxunulmur, hətta bəzi hallarda onlar mukafatlandırılır.
Mark Zukerberq hesab edirsə ki, Feysbuk onun şəxsi mülkiyyətidir, bu platformaya üzv olan şəxslər məhz onun istəyinə uyğun oturub-durmalıdır, deməli buna qarşı əməli iş görülməlidir. Bir şəxsin və ya bir ölkənin buna qarşı təkbaşına mübarizə aparması təbii ki, effektiv ola bilməz. Uzaqbaşı hansısa fərd öz sosial şəbəkə hesabınıbağlayar, dövlət hansısa bir sosial şəbəkənin ölkə ərazisində istifadəsini məhdudlaşdırar, qadağan edər. Bu isə məsələnin nəinki həlli deyil, hətta qərblilərin dəyirmanına su tökmək olar. Çünki, bu halda onların sənə qarşı daha rahat iş aparmalarına şərait yaradırsan və kimin sənin haqqında nə dediyindən tam xəbərsiz olursan.
Odur ki, kollektv mübarizəyə qarşı fərdi dirəniş deyil, kollektiv mübarizə aparmaq lazımdır.
Bunun üçün potensialımız varmı? Təbii ki, var!
Hesab edirəm ki, indiki dövrdə Türk Dövləti Təşkilatı qərəzli təbliğat və ikili standart siyasət aparan sosial şəbəkə platformalarını optimallaşdırmaq üçün əvəzolunmaz bir mərkəz ola bilər.
Türk Dövlətləri Təşkilatı ölkələri yalnız ölkə başçıları, dövlət və hökumətlərarası əlaqələrlə deyil, eyni zamanda sıravi ölkə vətəndaşları arasında da ünsiyyətin yaxınlaşdırılması və möhkəmləndirilməsi istiqamətində maraqlı olmalıdırlar. Bunun üçün isə ilk növbədə Türk Dövlətləri Təşkilatı arasında rahat və səmərəli səyahət imkanları yaradılmalı, qarşılıqlı aviabiletlərin qiyməti mümkün qədər aşağı salınmalıdır.
Eyni zamanda, Türk Dövləti Təşkilatı ölkələri arasında bu dövlətlərin vətəndaşlarına ünvanlanmış alternativ sosial şəbəkə platformaları yaradılmalı və bundan istifadə təşviq olunmalıdır.
Bu platformalardan istifadə etmək üçün ilkin mərhələdə məişət səviyyəsində də olsa, istifadə oluna biləcək ortaq türk dili konsepsiyası hazırlanmalıdır. Hesab edirəm ki, bunları yaratmaqla biz milli kimliyimizə, milli dəyərlərimizə qarşı olan anti-fəaliyyətlərin qarşısını vaxtında ala bilərik və Qərbin cəmiyyətimizə diktə etdiyi dağıdıcı dəyərlərə vaxtında dur deyə bilərik.
Uğurlu Şərifov
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar