Dünən Tbilisidə Gürcüstanın və Ermənistanı baş nazirləri İrakli Qaribaşvili ilə Nikol Paşinyan arasında görüş olub, danışıqlar aparılıb, anlaşmalar və müqavilələr imzalanıb.
İmzalanmış sənədlər arasında "Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında" anlaşma da var.
İrəvanın Tbilisi ilə münasibətləri intensivləşdirmək cəhdləri çərçivəsində gözlənilən olay kimi dəyərdirilməsi gərəkən bu görüşdə müəyyən maraq doğura biləcək bəyanatlar da səslənib.
Danışıqlardan sonra keçirilmiş birgə mətbuat konfransında Nikol Paşinyan bəyan edib ki, Azərbaycandan Avropaya elektroenerjini nəql edəcək, Qara dənizin təkindən keçəcək kabel xəttinin inşasında Ermənistan da maraqlıdır.
"Bölgəmiz Cənub və Şimal, Qərb və Şərq arasında çox mühüm yol ola bilər. Bütün bu layihələrdə inklüzivlik, yəni bölgənin bütün dövlətlərinə iqtisadi layihələrdə iştirak imkanının yaradılması çox vacibdir. Qara dənizin təki ilə çəkiləcək və Ermənistanın da böyük maraq göstərdiyi elektrik kabeli layihəsi bu baxımdan yaxşı misal ola bilər", - N.Paşinyan söyləyib.
Daha sonra o, Azərbaycanla Ermənistan arasındakı sülh sazişi ilə bağlı danışıqlardan bəhs edib.
N.Paşinyan fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra danışıqların daha effektiv olacağına ümid etdiyini vurğulayıb.
Onun sözlərinə görə, "maksimalist və aqressiv ritorika nizamlanma prosesinə xeyir vermir".
"Güman edirəm ki, Azərbaycandakı prezident seçkilərindən sonra danışıqlar prosesi sülh sazişinin başa çatdırılması istiqamətində artıq razılaşdırılmış və məlum prinsiplər əsasında tam miqyas əldə edəcək. Yalnız məlum prinsiplərə əsaslanaraq, sülh sazişini Azərbaycanla razılaşdırıb imzalayandan sonra bölgədə sülh bərqərar olacaq", - N.Paşinyan söyləyib.
Ermənistanın baş nazirinin açıqlamaları zahirən məntiqi və normaldır. Gerçəkdən də, bölgədə yeni logistika və nəqliyyat marşrutlarında regionun bütün ölkələrinin iştirakı təmin edilməlidir, sülh sazişinin imzalanması üçün bütün mümkün vasitələr işə salınmalıdır, Cənubi Qafqazda sülh və stabillik bərqərar olmalıdır və s.
Amma...
Azərbaycanın istehsal edəcəyi elektroenerjini - söhbət bərpa olunan resurslardan, yəni külək və Günəş vasitəsilə alınacaq elektroenerjidən gedir - Avropa İttifaqına nəql edəcək transregional kabel marşrutu bir çox dövlətləri maraqlandırır. Azərbaycandan Gürcüstana, oradan da Qara dənizin təki ilə Avropa İttifaqına qədər uzanacaq marşruta Ermənistan da qatılmaq arzusundadır. Rəsmi İrəvan ötən ilin sonlarında bununla bağlı bəyanatlar vermişdi və kabel marşrutunun Azərbaycandan Ermənistana, oradan da Gürcüstana keçməsini bölgədəki inteqrasiya proseslərini sürətləndirə biləcəyini vurğulamışdı.
Yenə də zahirən cazibədar ifadələr və açıqlamalardır. Fəqət Nikol Paşinyanın məqsədi Azərbaycanla işbirliyi, tərəfdaşlıq və ya birgə layihələrdə əməkdaşlıq deyil, Ermənistanın yürütdüyü aqressiv şovinizm, revanşizm və ölkəmizə qarşı ərazi iddialarına əsaslanan siyasəti nəticəsində ermənilərin 30 ildən bəri faktiki blokadada olmasıdır.
Ermənistanın hazırda dünyaya quru yolla iki çıxış marşrutu var: bu istiqəmətlərdən biri Gürcüstan, digəri İran ərazisindəndir. Azərbaycanla sülh sazişi imzalanmadan Türkiyə və ya Azərbaycanla sərhədlərin açılmasından, kommunikasiyaların bərpasından, təbii ki, söhbət belə gedə bilməz.
Xəbər lenti
İrəvanla Tbilisi anlaşdılar: amma əsas söz Bakınındır
Ermənilər üçün mövcud marşrutların ikisi də dayanıqlı və stabil deyil. Rusiyanın təsirindən qurtulmağa çalışan İrəvan Qərbə doğru addımlar atdıqca, Moskva İrəvanın şimal marşrutunu daraldır. Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars nəzarət-buraxılış məntəqəsində sürəkli olaraq müxtəlif səbəblərdən məhdudlaşdırmalar da məhz Moskvanın İrəvana xəbərdarlıq mesajları kimi anlaşıla bilər.
İran istiqaməti də problemlidir. Kollektiv Qərb erməniləri dəstəklədiyi üçün hazırda İrəvanın Tehranla mövcud əlaqələrinə və tərəfdaşlığına göz yumsa da, bu əməkdaşlıq marşrutlaşma-logistika sahəsində intensivləşərsə, Ermənistan çox sərt təzyiqlərlə qarşılaşacaq.
Yekun sülh sazişi imzalanmadığı üçün Azərbaycan da ərazisindən keçən və ya keçəcək marşrutların Ermənistandan tranzit ərazi qismində yararlanmasına imkan verməyəcək.
Belə situasiyada, təbii ki, Ermənistan regional və transregional layihələrə qoşulmaq, 30 illik blokadaya son qoymaq istəyir.
Nikol Paşinyanın "inklüzivlik", "bölgənin bütün dövlətlərinin iştirakının təminatının vacibliyi" ifadələri də bu istəklə bağlıdır.
İnklüzivlik yaxşı nəsnədir, mütləq təmin olunmalıdır. Lakin Azərbaycan ərazilərinin 20 fazini işğal edəndə, yüz minlərlə soydaşımızı qaçqına və məcburi köçkünə çevirəndə, on minlərlə azərbaycanlının ölümünün baiskarı olanda Ermənistan sülhün, ədalətin, beynəlxalq hüququn bütün bölgə dövlətlərinə şamil edilməsinin vacibliyini unutmuşdu.
Ermənistan rəhbərliyi indi də sözləri ilə əməlləri, açıqlamaları və niyyətləri arasında uçurumu saxlayaraq, Azərbaycanla danışıqlar prosesində süni maneələr yaratmağa davam edir.
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra sülh danışıqları prosesində yeni fəallaşma və ümumiyyətlə, prosesin aktivləşməsi ilə bağlı Nikol Paşinyanın "ümid"ləri adi demaqogiyadır. Prosesdə ötən ilin son aylarından bəri fəallaşmaya mane olan tərəf məhz İrəvandır.
Son fakt isə AŞPA-da Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan mürtəce, beynəlxalq hüququn selektiv tətbiqi olan absurd qətnamə ilə bağlı səsvermədə də Ermənistan heyətindən 4 deputatın bu sənədin lehinə səs verməsidir.
Azərbaycanın suverenliyinin, ərazi bütünlüyünün və sərhəd toxunulmazlığının şübhə altına alındığı sənədə erməni deputatların səs verməsi birmənalı olaraq Ermənistanın xarici siyasət strategiyasında ölkəmizə qarşı ərazi iddialarının qaldığını göstərir.
Ermənistanın "Dövlət Müstəqilliyi haqqında" bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsi erməni ərazisi və Ermənistana birləşdirilməsi gərəkən məkan elan olunaraq 1989-cu ildə qəbul edilmiş "Ermənistanla Qarabağın birləşməsi" qərarı xatırlanır, sənədin 11-ci bəndində isə qondarma "erməni soyqırımı"nın beynəlxalq miqyasda tanınmasının vacibliyi vurğulanır.
Bəyannamədə Qarabağla bağlı nüans Ermənistanın Konstitusiyasının preambulasında da əks olunub.
Belədirsə, sülh sazişi imzalansa belə, Konstitusiyaya istinad edəcək Ermənistan hakimiyyətinin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyəcəyinə kimsə təminat verə bilməz.
Nikol Paşinyan bölgədə sülh və stabillik, Ermənistanın regional və transregional-beynəlxalq layihələrdə iştirakını istəyirsə, sülh sazişini imzalamalı, Azərbaycanla şərti dövlət sərhədinin demarkasiyasına və delimitasiyasına başlamalı, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına mane olmamalı, ölkəsində isterik revanşizmə son qoymalıdır.
Sadalanan şərtlərin alternativi Ermənistan üçün çox fəlakətlidir...

Elçin Alıoğlu
TREND
TREND
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar