Sizin Reklam Burada
Xəbər lenti
06-09-2026
05-09-2026
BÜTÜN XƏBƏRLƏR

Kaliforniyadakı pizzaxana narkoticarət üçün istifadə edilirmiş - Şəkillər

Tarix: 07-09-2026 08:53     Baxış: 313 A- / A+
ABŞ-nin Kaliforniya ştatında 50 yaşlı Hindistan vətəndaşı narkotik vasitələrin külli miqdarda satışı üçün "Round Table Pizza" restoranından istifadə etməkdə ittiham olunub.

"Fox News" xəbər verir ki, restoranda 18 kiloqramdan çox narkotik vasitə, üç ədəd silah və 10 min dollardan çox nağd pul aşkarlanıb.

ABŞ-də qanunsuz yaşayan Kaval Prit Sinqh məhkəmə iclasında özünü təqsirli bilməyib. Federal prokurorların iddiasına görə, o, Dinuba şəhərindəki restorandan qanunsuz maddələrin paylanması üçün istifadə edib. Hazırda həmin obyekt bağlanıb.

"Round Table Pizza" şirkətindən bildirilib ki, Sinqh sözügedən filialda təxminən bir ay yarım çalışıb. Restoran müstəqil sahibkarlar tərəfindən idarə olunub. Mülkiyyətçilərin qanunsuz fəaliyyətdən xəbərsiz olduğu və hazırda istintaqla əməkdaşlıq etdiyi qeyd edilib.

Sinqh növbəti məhkəmə iclasınadək azadlıqda qalacaq. Ona qarşı narkotik vasitələr və silahla bağlı federal ittihamlar irəli sürülüb. oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar