Sizin Reklam Burada
Xəbər lenti
06-09-2026
05-09-2026
BÜTÜN XƏBƏRLƏR

Lavrov müharibənin başladığını elan etdi

Tarix: 06-09-2026 17:14     Baxış: 317 A- / A+
Almaniyanın Leypsiq hava limanında aşkar edilmiş pilotsuz uçuş aparatı ilə bağlı Moskvaya qarşı irəli sürülən ittihamlar müharibənin başlanğıcı kimi qiymətləndirilə bilər. 
Manevr.az xəbər verir ki, "RİA Novosti"nin məlumatına görə, xarici işlər naziri Sergey Lavrov bu barədə jurnalist Pavel Zarubinə verdiyi müsahibədə bildirib. 
"Leypsiq hava limanı... Orada hansısa bir dron aşkar etdilər. Onun Rusiya dronu olduğunu iddia etdilər, heç kim məsələni daha dərindən araşdırmağa təşəbbüs göstərmədi. Bütövlükdə götürdükdə, bu, əslində əsl müharibənin başlanğıcı deməkdir. Onlar Baş Konsulluğu Bonn şəhərindən çıxardılar və sazişə xitam verildiyini elan etdilər. Berlinlərdəki 'Rusiya Evi'ni bağlayırlar. Xatırlayıram ki, İkinci Dünya Müharibəsi — daha doğrusu, Böyük Vətən Müharibəsi - başlamazdan əvvəl almanlar da öz diplomatik nümayəndəliklərini bağlamışdılar",- deyə Rusiya xarici işlər naziri hadisəni şərh edərkən bildirib.
Lavrov bu cür hərəkətləri tamamilə yolverilməz adlandırıb və Qərb ölkələrinin yenidən müharibə istədiyini bildirib.
Daha əvvəl xəbər verilmişdi ki, Almaniya hüquq-mühafizə orqanları Leypsiq-Halle hava limanındakı pilotsuz uçuş aparatı (PUA) insidentindən sonra üçüncü bir PUA aşkar ediblər. Bundan əlavə, onlar hadisə yerində təxminən 50 qram partlamamış partlayıcı maddə də tapıblar.

Sevnc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar