Sizin Reklam Burada
Xəbər lenti
05-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bu hücumlara görə NATO ölkələrini dəstəkləyəcəyik - Uitaker

Tarix: 06-09-2026 12:39     Baxış: 319 A- / A+
Bu hücumlara görə NATO ölkələrini dəstəkləyəcəyik - Uitaker
NATO ölkələri hibrid müharibə çərçivəsində həyata keçirilən qəsdən təxribat xarakterli hərəkətlərə dözməməlidir. ABŞ isə Alyansın belə insidentlərlə üzləşən ölkələrini dəstəkləyəcək.
Manevr.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker “Reuters”ə açıqlamasında bildirib.
Uitakerin sözlərinə görə, ötən ay Almaniyanın Leypsiq şəhərindəki hava limanına dronla hücum cəhdi son dövrlərdə NATO ölkələrinin Rusiya dronları ilə bağlı yaşadığı digər insidentlərdən daha ciddi narahatlıq doğurur. Berlin bu hadisəyə görə Rusiyanı məsuliyyət daşımaqda ittiham edib.
“Bundan başqa, daha narahatedici hesab etdiyim hibrid fəaliyyətlər də var. Leypsiqdə və Polşada gördüyümüz hadisələri buna misal göstərmək olar“, – Uitaker vurğulayıb.
O qeyd edib ki, NATO ölkələri belə insidentlərə qarşı hazırlıqlı və ayıq olmalı, eyni zamanda baş verənlərə münasibətdə aydın mesaj verməlidirlər:
“Əgər bunu kimin etdiyini müəyyən edə bilsək – Almaniyanın etdiyi kimi – bunun qəbuledilməz olduğunu və belə hallara dözməyəcəyimizi açıq şəkildə bildirəcəyik“.
Uitakerin sözlərinə görə, kritik infrastruktur, xüsusilə də enerji obyektləri potensial hücumların hədəfinə çevrilə bilər. Buna görə də belə obyektlərin təhlükəsizliyi milli dövlət qurumlarının diqqət mərkəzində olmalıdır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar