Sizin Reklam Burada
Xəbər lenti
05-09-2026
04-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Tarix: 05-09-2026 21:20     Baxış: 321 A- / A+
Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilaktik tədbirlər həyata keçirən zaman "Chevrolet" markalı avtomobilin dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik edilməklə və şüşələrinə normativ tələblərə uyğun olmayan plyonka çəkilməklə idarə olunduğunu müşahidə ediblər.

Aparılan yoxlama zamanı avtomobilin sürücüsü M.Əfəndiyevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilib. Həmçinin sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və narkotik vasitə qəbul etdiyi müəyyənləşib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əfəndiyev 15 gün müddətinə inzibati qaydada həbs olunub. 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar