Xəbər lenti
Dövlət qurumunda 1700 işçi çıxıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) işçilərinin sayı açıqlanıb.
Bu ilin yarımillik hesabatına görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin işçilərinin sayı 6 034 nəfər olub.
1-ci rübdə işçi sayı 6 315 nəfər təşkil edib ki, bu da rüblük müqayisədə 281 nəfərin azalması deməkdir.
Ötən ilin eyni dövrünə işçi sayı 7 719 nəfər olub ki, bu da illik müqayisədə 1 685 nəfərin azalmasıdır.
Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 22 oktyabr 2013-cü ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə SOCAR-ın Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkili yolu ilə yaradılıb. Şirkət dənizlə yük və sərnişin daşımaları, eləcə də dənizdə neft-qaz əməliyyatlarına nəqliyyat və digər ixtisaslaşmış xidmətlər göstərir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Nizamnamə kapitalı 440,05 milyon manatdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































