Sizin Reklam Burada
Xəbər lenti
03-09-2026
02-09-2026
BÜTÜN XƏBƏRLƏR

 “Süni intellekt” kitabı Azərbaycan dilində

Tarix: 03-09-2026 18:49     Baxış: 330 A- / A+

Dünya elminə yeni nəzəriyyələr verən, kitabları dünyanın məşhur universitetlərində tədris olunan, tanınmış universitetlərin professoru seçilən Rafiq Əliyevin rəhbərliyi ilə “Süni intellekt”  kitabı azərbaycanca da nəşr olundu. 
Bu gün süni intellekt texnologiyalarının həyatımızın hər bir sahəsinə daxil olduğunu görürük. Süni intellekt sahəsindəki nailiyyətlər bu gün sənaye üçün ağıllı idarəetmə və qərar qəbuletmə sistemlərinin inkişafından tutmuş tibbə qədər geniş sahələrdə tətbiq olunur. Bu kitabda süni intellekt problemləri ardıcıl şəkildə təqdim olunur və geniş mövzuları əhatə edir: problem həllindən maşın öyrənməsinə və təbii dil emalına, məlumatların və biliklərin hasilatından Soft komputinqə qədər.
Kitabda təqdim olunan material Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Süni intellekt ixtisasının hazırlanması üçün ayırdığı qrant əsasında hazırlanmış kurikulumlar və sillabuslan əhatə edir. Bir çox ölkələrin universitetlərinin tədris planlarına uyğundur və toplanmış beynəlxalq təcrübəni, mürəkkəb və iqtisadi cəhətdən əhəmiyyətli problemlərin həlli üçün süni intellekt nəzəriyyəsinin inkişafındakı mövcud tendensiyalan ehtiva edir. İntellektual əmək bazarında tələbat olan süni intellekt menecerləri, analitikləri və yüksək ixtisaslı yeni nəsil mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.
Kitab süni intellekt və kompüter elmləri ixtisasları üzrə təhsil alan universitet tələbələri, professor-müəllim heyəti, tədqiqatçılar və praktiklər üçün faydalı ola bilər.

Rəfail TAĞIZADƏ
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar