Xəbər lenti
Ukraynalılara bir həftəlik ərzaq ehtiyatı toplamaq tövsiyə olunub
Ölkədə gözlənilməz fövqəladə halların baş verməsi ehtimalını nəzərə alaraq, ukraynalılar bir həftəlik ərzaq ehtiyatı saxlamalıdırlar. Manevr.az-ın xəbərinə görə, bu barədə Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Visotski məlumat verib.
Onun sözlərinə görə, anbarlardan mağazalara çatdırılmada yarana biləcək mümkün fasilələr səbəbindən əvvəlcədən uzunmüddətli istifadə üçün nəzərdə tutulan məhsulların ehtiyatını toplamaq məqsədəuyğundur.
Nazir uzunmüddətli ərzaq çatışmazlığı olmayacağını proqnozlaşdırır, lakin logistika problemləri ucbatından "qısamüddətli fasilələr"in yarana biləcəyini istisna etmir. Visotski bildirib ki, anbarlara dəyən ziyan nəticəsində yaranan maliyyə itkiləri on milyardlarla qrivna təşkil edir.
Son vaxtlar Kiyev və ölkənin qərb bölgələri də daxil olmaqla, Ukraynanın bir çox şəhərindəki mağazalarda təchizatla bağlı problemlər barədə məlumatlar yayılır. Supermarketlərdə boş qalmış rəflərin şəkilləri dövriyyədədir. Buna cavab olaraq, artıq ölkə üzrə ərzaq alışına məhdudiyyətlər tətbiq edilməyə başlanıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































