Sizin Reklam Burada
Xəbər lenti
02-09-2026
01-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qəbələdə döyülən “Çevik” adlı tiktokerin vəkilindən açıqlama

Tarix: 03-09-2026 09:06     Baxış: 519 A- / A+


Qəbələdə döyülən "Çevik" adlı tiktoker, qazi Məqsəd Bağırovun vəkili açıqlama verib.
Manevr.az xəbər verir ki, hüquqşünas Rəhim Xoyski AZXEBER COM-a açıqlamasında hadisənin təfərrüatı haqda danışıb.
 
O deyib ki, "Çevik"i çayxanaya dəvət edib, orada döyüblər:
"Kamran Bilalov ortaq tanışları Fəqan Məlikzadə vasitəsilə Məqsəd Bağırovu dini söhbətlərin müzakirəsi üçün Qəbələdə yerləşən çay bağında görüşə çağırıb. Məqsəd Bağırov dəvəti qəbul etdikdən sonra görüş restoranın kabinetində baş tutub. Söhbət dini mövzuda başlamazdan əvvəl Məqsəd Bağırov siqaret çəkmək üçün kabinetin qapısına çıxıb, Fəqan Məlikzadə isə kabinetdə qalıb. Həmin vaxt Kamran Bilalov onun ardınca çıxaraq, dini məzmunlu video çəkilişlərinin dayandırılmasını tələb edib. 
Məqsəd Bağırov bu tələbə cavab verməyə imkan tapmamış, onun baş nahiyəsinə çoxsaylı zərbələr endirilib. Zərbələr nəticəsində Məqsəd Bağırov yerə yıxılıb. 
Səs-küyü eşidərək kabinetdən çıxan Kamran Bilalov Fəqan Məlikzadəyə "Bunu aparın, yoxsa onu doğ***raya****cağam" deyərək hədə-qorxu gəlib. Bundan sonra Fəqan Məlikzadə Məqsəd Bağırovu hadisə yerindən uzaqlaşdırıb".
O qeyd edib ki, Məqsəd Bağırov üçün yaxın günlərdə cərrahi müdaxiləyə ehtiyac yarana bilər:
"Baş verənlərlə bağlı dərhal polis xidmətinə müraciət edilib.
İstintaq çərçivəsində təyin olunmuş məhkəmə-tibbi ekspertizası zamanı aparılan müayinələr nəticəsində Məqsəd Bağırovun sağ orbital nahiyəsində yumşaq toxumaların şişkinliyi və dərialtı hematoma, habelə burun sümüyünün sınığı aşkar edilib.
Həmin gün Məqsəd Bağırov müalicə məqsədilə xəstəxanaya yerləşdirilib. Həkimlərin ilkin qənaətinə görə, yaxın günlərdə cərrahi müdaxiləyə ehtiyac yarana bilər".
"Hadisə ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində istintaq aparılır. Əldə olunan məlumatlar əməlin dini fanatizm zəminində törədildiyini düşünməyə əsas verir. Hadisəyə hüquqi qiymətin verilməsi istintaqın səlahiyyətindədir və bununla bağlı müvafiq vəsatətlərlə çıxış edirik. Hadisəyə tam və obyektiv hüquqi qiymət verilməsi üçün bütün qanuni addımlar atılır və atılacaq. İşin gedişatı barədə ictimaiyyət mütəmadi formada məlumatlandırılacaq", - deyə hüquqşünas bildirib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar