Sizin Reklam Burada
Xəbər lenti
09-08-2026
08-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Qeyrət" təşkilatının təsisçisi dünyasını dəyişdi

Tarix: 10-08-2026 10:59     Baxış: 321 A- / A+
"Qeyrət" təşkilatının təsisçisi dünyasını dəyişdi
"Qeyrət” Xalq Hərəkatının təsisçilərindən biri, ictimai xadim və ziyalı Seyid Əlibala Əsgərov vəfat edib.

Manevr.az aktual.ge-yə istinadən xəbər verir ki, Əlibala Əsgərov avqustun 9-da axşam saatlarında həyata gözlərini yumub.

1956-cı il təvəllüdlü Əlibala Əsgərovun uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkdiyi ictimaiyyətə məlum idi. 

Əlibala Əsgərovun dəfn mərasimi avqustun 11-də doğulduğu Marneuli bələdiyyəsinin Dəmiyə-Qorarxı kəndində keçiriləcək.

Əlibala Əsgərov uzun illər Gürcüstanda yaşayan azərbaycanlıların ictimai həyatında fəal iştirak edən tanınmış ictimai xadimlərdən biri olub. O, "Qeyrət” Xalq Hərəkatının sədri kimi fəaliyyət göstərib.

İctimai fəaliyyəti dövründə Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları, sosial problemləri, ana dili və təhsil məsələləri, eləcə də icmanın ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edib.

Əlibala Əsgərov həmçinin milli-mədəni dəyərlərin qorunması və Gürcüstanda yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin gücləndirilməsi istiqamətində fəaliyyəti ilə yadda qalıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar