Sizin Reklam Burada
Xəbər lenti
01-09-2026
31-08-2026
BÜTÜN XƏBƏRLƏR

35 il saxlanılan sirr - Məşhur müğənnin külü hara səpilib?

Tarix: 01-09-2026 23:12     Baxış: 321 A- / A+
Freddi Merkurinin rəfiqəsi Meri Ostin bildirib ki, artıq 35 ildir müğənninin külünün harada səpildiyini sirr olaraq saxlayır.

O, bu barədə “The Guardian” nəşrinə danışıb.

Ostin izah edib ki, bu, Merkurinin özünün şəxsi xahişi olub. Sənətçi bu məkan barədə hətta ailəsinin də xəbərdar olmamasını istəyib.

“Düşünürəm ki, əgər Freddinin valideynlərinin, Freddinin bacısının yerində olsaydım və onun külünün harada səpildiyini öyrənməyə mənə icazə verilməsəydi, mən də kədərlənər və incəyərdim. Lakin bu, onun məndən yerinə yetirməyimi xahiş etdiyi bir tapşırıq idi. Və mən bunu yerinə yetirdim. Mən onlara hər zaman təkrar edirdim: "Çox, çox təəssüf edirəm, lakin sizə deyə bilmərəm", — deyə sənətçinin rəfiqəsi bölüşüb.

Ostin bildirib ki, sonradan müğənninin anası bu faktla barışıb.

Freddi Merkuri 1991-ci il noyabrın 24-də QİÇS fonunda inkişaf edən bronxopnevmoniyadan vəfat edib. Bir müddət sənətçinin külü sərvətinin böyük hissəsini və Kensinqtondakı evini vəsiyyət etdiyi Meri Ostində saxlanılıb. Müğənni rəfiqəsindən külünün harada saxlanacağını özünün seçməsini xahiş edib. Sənətçi pərəstişkarlarının qəbri qazıb onun qalıqlarını oğurlaya biləcəyindən ehtiyat edirdi. publika.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar