Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır

Tarix: 01-09-2026 09:17     Baxış: 315 A- / A+


İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə “El-Nino” hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir.
Planetimizi və Azərbaycanı nə gözləyir?
Manevr.az xəbər verir ki, bu barədə globalinfo.az-a “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova danışıb. O deyib ki, “El-Nino” hadisəsi dünyanın müxtəlif bölgələrində yağıntı, külək və quraqlıq rejiminə təsir göstərə bilər:
“El-Nino”nun əsas təhlükəsi qlobal hava sistemlərində ciddi dəyişikliklərə səbəb olmasıdır. Bir regionda güclü istilik və quraqlıq müşahidə edilərkən, digər ərazilərdə intensiv yağışlar və daşqınlar baş verə bilər. Qlobal istiləşmə atmosferin daha çox su buxarı saxlamasına şərait yaradır. Bu isə həm quraqlıq dövrlərinin uzanmasına, həm də yağıntı zamanı daha intensiv leysanların yaranmasına səbəb ola bilər. Nəticədə gələcəkdə yalnız daha isti hava yox, dəyişkən və ekstremal hava şəraiti ilə qarşılaşa bilərik. Daha uzun və intensiv isti dalğaları, quraqlıq, su çatışmazlığı, kənd təsərrüfatında məhsuldarlığın azalması, meşə və çöl yanğınlarının artması, bəzi ərazilərdə isə güclü leysan və daşqınlar əsas risklər sırasında olacaq”.
İ.Həsənova bildirib ki, Azərbaycan üçün bu məsələ xüsusilə aktualdır:
“Ölkənin böyük hissəsi quraq və yarı-quraq iqlim zonalarında yerləşir. Su ehtiyatlarının məhdudluğu, kənd təsərrüfatının iqlimdən asılılığı, Kür-Araz ovalığında quraqlıq riski və Xəzər dənizi hövzəsində baş verən dəyişikliklər iqlim risklərini artırır. “El-Nino”nun yaratdığı qlobal atmosfer dövranı dəyişiklikləri Avrasiya və Aralıq dənizi regionunda hava şəraitinə dolayı təsir göstərə bilər. Buna görə “El-Nino” dövrünü Azərbaycanda avtomatik olaraq quraqlıq və ya güclü yağışla əlaqələndirmək düzgün deyil. Təsirin xarakteri konkret ilin atmosfer şəraitindən və digər iqlim amillərindən asılıdır. Azərbaycan üçün uzunmüddətli əsas təhlükə isə qlobal istiləşmədir. Temperaturun artması suya tələbatı və torpaqdan buxarlanmanı artıracaq, kənd təsərrüfatında suvarma ehtiyacını yüksəldəcək. Quraqlıq dövrlərinin uzanması Kür və digər su hövzələrinin su balansına əlavə təzyiq yarada bilər”.
Ekoloq qeyd edib ki, iqlim dəyişmələrinin ən ciddi təsirlərindən biri kənd təsərrüfatında hiss olunacaq:
“Yüksək temperatur və su çatışmazlığı məhsuldarlığı azalda, bitkilərin vegetasiya dövrünü dəyişə, zərərvericilərin yayılma arealını genişləndirə bilər. Bu səbəbdən suya qənaət edən texnologiyaların, müasir suvarma sistemlərinin və quraqlığa, eləcə də yüksək temperatura davamlı bitki sortlarının tətbiqi əhəmiyyətini artıracaq. Su təhlükəsizliyinin təmin edilməsi, ekosistemlərin qorunması və iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin gücləndirilməsi də əsas prioritetlərdən olmalıdır.
İqlim dəyişmələrinin qarşısını tamamilə almaq mümkün olmasa da, onların ağır nəticələrini azaltmaq və risklərə əvvəlcədən hazırlaşmaq mümkündür”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar