Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiya Kiyev və Odessa yaxınlığındakı logistika mərkəzlərinə zərbələr endirib

Tarix: 31-08-2026 18:56     Baxış: 312 A- / A+
Rusiya ordusu Kiyev vilayətində, pilotsuz uçuş aparatları və onların hissələrinin saxlanıldığı "DHL" logistika mərkəzinə zərbə endirib. 
Manevr.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi "Telegram"da məlumat yayıb.
Məlumata görə, qərb ölkələri tərəfindən Ukrayna Silahlı Qüvvələrinə çatdırılan hərbi təchizatın saxlanması və paylanması üçün istifadə olunan Borispildəki "Zammler Sklad" ticarət-logistika mərkəzi də hücuma məruz qalıb.
Bundan əlavə, Odessa vilayətinin Nerubayskoye qəsəbəsindəki logistika mərkəzinə zərbə endirilib. Həmin obyekt Odessa limanına göndəriləcək hərbi yüklərin saxlanması üçün istifadə olunurdu. Həmçinin, Yujnı limanında Ukrayna Silahlı Qüvvələri üçün təchizat daşıyan quru yük gəmisi vurulub.
Daha əvvəl Rusiya dronları Kiyev vilayətindəki "Fire Point" MMC-yə məxsus sənaye obyektinə zərbə endirib. Hədəfə alınan müəssisədə "Flamingo" tipli uzaq mənzilli qanadlı raketlər üçün bərk yanacaqlı sürətləndiricilərin və döyüş başlıqlarının istehsalında istifadə olunan kimyəvi maddələr istehsal və saxlanılırdı.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar