Şimali Kiprdə batan gəmidə 4 Azərbaycan vətəndaşı olub.
Manevr.az bildirir ki, bu barədə apa-nın Türkiyə bürosuna Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu məlumat verib.
Orhan Həsənoğlu bildirib ki, iki sərnişin və ekipaj üzvlərindən ikisi azərbaycanlı olub, onlar xilas edilib.
Azərbaycan vətəndaşı olan iki sərnişinə xəstəxanada ambulator yardım göstərilib və onlar evə buraxılıblar.
Gəmi ekipajının üzvləri olan iki vətəndaşımız — Valeh Hümmətov və Rəşad İbrahimov da ilkin tibbi müdaxilədən sonra xəstəxanadan buraxılıblar. Onların da vəziyyəti yaxşıdır.
Qeyd edək ki, bu gün Şimali Kipr sahillərində göyərtəsində 267 sərnişinin olduğu gəmi batıb. İndiyə qədər 242 nəfər xilas edilib, 8 nəfər ölüb. 17 nəfərin axtarışı davam etdirilir. Orhan Həsənoğlu bildirib ki, hazırda axtarışı aparılan 17 nəfər arasında Azərbaycan vətəndaşı yoxdur.
Xəbər lenti
Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































