Xəbər lenti
Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin anım mərasimi keçirilib - VİDEO

Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi Qəhrəmanı Əliyev Anar Vaqif oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları şəhidin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolundan danışıblar.
Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Manevr.az








Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























