Xəbər lenti
Çində beşyaşlı uşaq qızıl külçəsi uddu
Çinin paytaxtı Pekində beş yaşlı qızın oyun zamanı qızıl külçəsi udduğu bildirilib. Həkimlərin müdaxiləsi nəticəsində külçə uşağın orqanizmindən çıxarılıb.Manevr.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Məlumata görə, qız oyun zamanı uzunluğu təxminən 4 santimetr, çəkisi isə 50 qram olan qızıl külçəsini udub. Əşya altı saat ərzində təbii yolla xaric olmadıqdan sonra valideynləri uşağı xəstəxanaya aparıblar.
Həkimlər külçənin uşağın həzm sistemində ilişib qalmasından və bunun daxili orqanların zədələnməsinə səbəb ola biləcəyindən ehtiyat ediblər. Bu səbəbdən təcili endoskopik müdaxilənin aparılmasına qərar verilib.
Prosedur zamanı həkimlər kameralı elastik boru vasitəsilə uşağın mədəsində yad cismi aşkar ediblər. Bir neçə dəqiqə sonra külçə ehtiyatla çıxarılıb.
Məlumata görə, qız hadisə nəticəsində xəsarət almayıb.lent.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































