Sizin Reklam Burada
Xəbər lenti
27-08-2026
26-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bayramov yeni səfiri qəbul etdi

Tarix: 27-08-2026 19:51     Baxış: 326 A- / A+

Bayramov yeni səfiri qəbul etdi


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Aznifah İsnariah Binti Abdul Ghaniyi qəbul edib.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. 
Görüş zamanı, səfir etimadnaməsinin surətini C. Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə, Azərbaycan-Malayziya ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu çərçivədə, iqtisadi-ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə səylərin artırılması imkanları nəzərdən keçirilib. Azərbaycanın tranzit-logistika imkanları və enerji təhlükəsizliyində rolu müzakirə olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan nazir BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və D-8 çərçivəsində Azərbaycan və Malayziyanın bir-birini qarşılıqlı dəstəkləməsinin əhəmiyyətini vurğulayıb. Bu kontekstdə, ölkələr arasında mövcud dostluq münasibətlərinin çoxtərəfli platformalarda qarşılıqlı dəstək və həmrəyliklə də müşayiət olunduğu qeyd edilib.
Söhbət zamanı, cari ildə Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə edilib, Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Görüşünə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.
Görüşdə, nazir Ceyhun Bayramov həmçinin bölgədə mövcud vəziyyət, post-münaqişə dövründə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə məlumat verib.
Səfir səmimi qəbula görə təşəkkürünü ifadə edib, diplomatik fəaliyyəti müddətində Azərbaycan və Malayziya arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar