Xəbər lenti
Məşhur şairin nəvəsinin əmlakına həbs qoyuldu

2021-ci ildə "İnnovation Event" MMC-nin şirkətlərdən birinə yükdaşıma xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə borcu yaranıb.
Sözügedən şirkət məhkəməyə ərizə ilə müraciət edərək cavabdehə məxsus bütün daşınar və daşınmaz əmlakın üzərinə borc tələbi həcmində, yəni 12 942.56 manat məbləğində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş edib.
Məhkəmə ərizəni qismən təmin edib. Qərara əsasən, cavabdeh "İNNOVATİON EVENT" MMC-yə məxsus əmlakların üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişləri (vergi, sosial ödənişlər və s.) üzrə əməliyyatlar məhdudlaşdırılmamaqla iddia tələbinin əsas borc hissəsi həcmində, yəni 8 513.70 manat məbləğində həbs qoyulub.
Qərardadın dərhal icra edilməsi qərara alınıb.
Qeyd edək ki, "İnnovation Event" MMC 13 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan şirkətidir. Şirkət müxtəlif tədbirlərin təşkili, eləcə də LED ekranların və işıqlandırma avadanlıqlarının icarəsi sahəsində fəaliyyət göstərir. Şirkət bir sıra universitetlərin və digər qurumların təşkil etdiyi tenderlərin qalibi olub.
Tenderlərin qalibi olan "İnnovation Event" MMC-nin qanuni təmsilçisi Əliağa Ülfət oğlu Kürçaylıdır. O, məşhur şair Əliağa Kürçaylının (1928-1980) nəvəsidir. qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































