Sizin Reklam Burada
Xəbər lenti
24-08-2026
23-08-2026
BÜTÜN XƏBƏRLƏR

Xarici pasportu olanlara mühüm xəbərdarlıq

Tarix: 24-08-2026 15:43     Baxış: 326 A- / A+
Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQXarici ölkənin vətəndaşlığını qəbul edən, lakin Azərbaycan vətəndaşlığına xitam verilməyən şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmaması ilə bağlı əsas məqam açıqlanıb.
Manevr.az yenisabah-a istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu məsələ ilə bağlı məlumat yayıb.
Qeyd olunan izah Xidmətin əməkdaşı Kapitan Zəfər Əsgərli tərəfindən təqdim edilib.
Bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar:
“Beləliklə, xarici ölkənin pasportunu əldə etmək şəxsin Azərbaycan vətəndaşlığına avtomatik xitam verilməsi demək deyil. Azərbaycan vətəndaşlığı davam etdiyi müddətdə, qanunvericilikdə nəzərdə tutulan digər şərtlərə cavab verən çağırışçı hərbi xidmətə ümumi əsaslarla cəlb oluna bilər”.
Z.Əsgərli qeyd edib ki, Azərbaycan vətəndaşlığından rəsmi şəkildə çıxma məsələsi ayrıca hüquqi prosedurla müəyyən edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar