Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçirilir

Tarix: 23-08-2026 10:29     Baxış: 420 A- / A+


Qazaxıstanda birpalatalı parlamentə - Qurultaya növbədənkənar seçkilər keçirilir. 
Manevr.az xəbər verir ki, ölkə üzrə ümumilikdə 10 423 seçki məntəqəsi fəaliyyətə başlayır. 
Onlardan 79-u 61 xarici dövlətdəki Qazaxıstan nümayəndəliklərinin nəzdində yaradılıb. Səsvermə səhər saat 07:00-da başlayıb və saat 20:00-dək davam edəcək. Bununla yanaşı, bəzi seçki məntəqələrində, məsələn, hərbi hissələrdə, fasiləsiz fəaliyyət göstərən istehsalat müəssisələrində, növbəli iş qəsəbələrində, istirahət evlərində, sanatoriyalarda, xəstəxanalarda və digər bu kimi yerlərdə seçki məntəqəsi komissiyası seçici siyahısına daxil edilmiş bütün vətəndaşların səs verməsi halında səsverməni istənilən vaxt başa çatmış elan edə bilər.
Seçkilərdə 12 605 788 seçicinin səs verməsi gözlənilir. Qurultaya seçkilərdə deputat mandatları uğrunda 7 siyasi partiya mübarizə aparır: "Ədalət", "Aul", "Baytak", "Ak Jol", Ümumrespublika Sosial-Demokrat Partiyası (OSDP), Xalq Partiyası (NPK) və "Respublika". 
Qurultaya seçkiləri 42 xarici dövlətdən və 13 beynəlxalq təşkilatdan 777 beynəlxalq müşahidəçi izləyəcək. Müşahidəçilər arasında 41 ölkənin parlamentinin 138 deputatı da var.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası saat 10.00-a seçici fəallığının 17,96% olduğunu açıqlayıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar