Sizin Reklam Burada
Xəbər lenti
21-08-2026
20-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

Tarix: 21-08-2026 21:59     Baxış: 329 A- / A+


Bakıda fəaliyyət göstərən üç tibb müəssisəsi birləşdirilir.

TƏBİB-in tabeliyindəki 9, 21 və 27 saylı poliklinikaları vahid müəssisə kimi fəaliyyətini davam etdirəcək.

Faktı TƏBİB təsdiq edib.

Qurumdan bildirilib ki, aparılan təhlillər çərçivəsində 9, 21 və 27 nömrəli şəhər poliklinikalarının fəaliyyətinin vahid idarəetmə modeli əsasında təşkili nəzərdə tutulur.

"Sözügedən tibb müəssisələrinin eyni ərazidə və bir-birinə yaxın yerləşməsi və bir sıra inzibati funksiyalarının qarşılıqlı əlaqəli olması onların vahid idarəetmə modeli çərçivəsində fəaliyyətinin təşkilini məqsədəuyğun edir.

Dəyişikliklərin əsas məqsədi təkrarlanan inzibati və idarəetmə funksiyalarının aradan qaldırılması, mövcud resursların daha səmərəli bölüşdürülməsi və tibbi xidmətlərin təşkilinin təkmilləşdirilməsidir".

Qeyd olunub ki, yeni idarəetmə modelinə keçidlə əlaqədar olaraq müəssisələrin mövcud ştat strukturu, funksional bölgüsü və faktiki kadr ehtiyacı da yenidən qiymətləndiriləcək:

"Struktur dəyişikliklərinin əsasən inzibati və idarəetmə funksiyalarında çalışan əməkdaşları əhatə edəcəyi gözlənilir. Bununla yanaşı, bütün vəzifələr üzrə qərarlar müəssisələrin real fəaliyyət və xidmət ehtiyacları nəzərə alınmaqla qəbul ediləcək.

Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam yalnız əməkdaşın sərbəst iradəsi və şəxsi müraciəti əsasında mümkündür; struktur dəyişikliklərinin əməkdaşların öz ərizələri ilə rəsmiləşdirilməsi praktikasından istifadə edilmir. Hər bir əməkdaşla bağlı qərar müəssisələrin faktiki xidmət və kadr ehtiyacı, əməkdaşın ixtisası və peşəkarlıq göstəriciləri nəzərə alınmaqla fərdi qaydada qəbul ediləcək, əmək münasibətlərində hər hansı dəyişiklik isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə və qanunvericiliklə nəzərdə tutulan təminatlara tam riayət edilməklə həyata keçiriləcək". axar.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar