Xəbər lenti
“Bu kəndlər Ermənistan ərazisi deyil”

"Ermənistan və Azərbaycanın anklavlar və esklavlar məsələsi müstəsna olaraq demarkasiya və dinc nizamlanma prosesi çərçivəsində həll edilməlidir".
"Sputnik Ermənistan" xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə danışıb.
Onun sözlərinə görə, İrəvan və Bakı tərəfindən razılaşdırılan delimitasiya prinsipinə əsasən, Kərki, Bərxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisinə daxil deyil.
Paşinyan xatırladıb ki, Ermənistan və Azərbaycan delimitasiyanı 1991-ci ilin Almatı Bəyannaməsi əsasında keçirmək barədə razılığa gəlib. Həmin sənədə əsasən, SSRİ-nin süqutu zamanı keçmiş ittifaq respublikalarının inzibati sərhədləri dövlətlərarası sərhədlər kimi tanınır.
Ermənistan Baş naziri mövcud xəritələr əsasında Tavuş vilayətinin Kirants kəndi yaxınlığında Ermənistan-Azərbaycan sərhədinin bir hissəsində artıq delimitasiya həyata keçirildiyini vurğulayaraq, prosesin gələcəkdə də eyni əsasda davam etdirilə biləcəyini deyib. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































