Sizin Reklam Burada
Xəbər lenti
19-08-2026
18-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanı hədələyən verilişlə bağlı qərar

Tarix: 19-08-2026 18:35     Baxış: 323 A- / A+

Azərbaycanı hədələyən verilişlə bağlı QƏRAR


Rusiyada yayımlanan “Çistota ponimaniya LIVE” verilişinin canlı efirləri dayandırılıb.
Manevr.az xəbər verir ki, layihənin aparıcısı Aleksey Çadayev bildirib ki, canlı verilişlər “məzuniyyətə çıxır”. Bununla belə, yayımların nə vaxt bərpa olunacağı barədə konkret tarix açıqlanmayıb.
Layihənin əvvəlcədən lentə alınan podkastlarının isə yayımlanmaqda davam edəcəyi bildirilib.
Qeyd edək ki, məhz “ÇP-LIVE”ın canlı yayımlarında Azərbaycan, ölkə rəhbərliyi və Azərbaycan xalqı barədə bir sıra təxribatçı fikirlər səsləndirilib. Verilişlərdə hətta Azərbaycana qarşı mümkün hərbi ssenarilər, o cümlədən Bakıya “desant çıxarılması” kimi fikirlər də müzakirə olunub. 
Bu açıqlamalardan sonra layihənin canlı yayımlarının qeyri-müəyyən müddətə dayandırılması diqqət çəkib.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu “Çistota ponimaniya" verilişinin aparıcıları olan Rusiya vətəndaşları Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində cinayət işi çərçivəsində beynəlxalq axtarış elan edib.
Onlar Azərbaycan dövlətinə qarşı zorakılığa, konstitusiya quruluşunun dəyişdirilməsinə, ölkənin ərazi bütövlüyünün pozulmasına və terrorçuluğa açıq çağırışlarda ittiham olunurlar.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar