Sizin Reklam Burada
Xəbər lenti
17-08-2026
16-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bu nazirlərin şəxsi telefon nömrələri internetdə yayıldı

Tarix: 18-08-2026 08:47     Baxış: 329 A- / A+
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq, ədliyyə naziri Aleks Norris və Şimali İrlandiya məsələləri üzrə nazir Kris Brayantın şəxsi mobil telefon nömrələri internetdə açıq şəkildə yayımlanıb.

u barədə “Politico” məlumat yayıb. Məlumatı “The Guardian” da təsdiqləyib.

Məlumata görə, hökumət bəzi nömrələri internetdən silib, lakin onların necə yayıldığı və bununla bağlı hansı təhlükəsizlik tədbirlərinin görüldüyü barədə rəsmi açıqlama verilməyib.

Hadisə Böyük Britaniyanın Baş naziri Endi Börnhəmin daha əvvəl özünü ABŞ Prezidenti Donald Trampın aparat rəhbəri Syuzi Uaylz kimi təqdim edən şəxslə mesajlaşmasının üzə çıxmasından sonra baş verib. Börnhəm bir neçə mesaj mübadiləsindən sonra qarşı tərəfin kimliyindən şübhələnərək əlaqəni kəsib. Məlumata görə, yazışmalarda əhəmiyyətli məlumatlar paylaşılmayıb.

Böyük Britaniyanın Vaşinqtondakı səfirliyi hadisə ilə bağlı Ağ Evə məlumat verib. ABŞ tərəfi isə insidentin Syuzi Uaylzın cihazlarının sındırılması ilə əlaqəli olmadığını bildirib.

Qeyd edək ki, bu, Uaylzın adından saxta mesajların göndərilməsi ilə bağlı ilk hadisə deyil. 2025-ci ildə onun şəxsi telefonundakı kontaktların ələ keçirilməsi ilə bağlı araşdırma aparıldığı bildirilmişdi. publika

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar