Sizin Reklam Burada
Xəbər lenti
12-08-2026
BÜTÜN XƏBƏRLƏR

Əkrəm Əylisli beynəlxalq mükafata layiq görüldü

Tarix: 03-07-2026 19:17     Baxış: 3376 A- / A+


Əkrəm Əylisli, yazıçıƏkrəm Əylisli, yazıçı

Nasir, dramaturq və tərcüməçi Əkrəm Əylisli Sovet dövründə qələmə aldığı “Adamlar və ağaclar” trilogiyasının ingilis dilinə tərcüməsinə görə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2026-cı il Ədəbiyyat Mükafatına layiq görülüb.

Manevr.az xəbər verir ki, mükafatın qısa siyahısında yer alan əsər final mərhələsində polyak yazıçısı Yatsek Dukayın “Buz” romanı və misirli müəllif Şadi Lyuisin “Qrinviç xəttində” kitabı ilə yarışıb. Münsiflər heyətinin sədri Maya Yaqqi tərcüməçi Ketrin E. Yanqın rusdilli mətndən etdiyi tərcümədə əsərin atmosferini uğurla qoruduğunu qeyd edib. Avtobioqrafik elementlərlə zəngin olan trilogiyada İkinci Dünya müharibəsi illərində Azərbaycanın dağ kəndindəki çətin həyat şəraiti bir uşağın gözü ilə təsvir olunur.

Xatırladaq ki, Əkrəm Əylisli 2012-ci ildə nəşr olunan və erməni-azərbaycanlı münasibətlərindən bəhs edən “Daş yuxular” povestindən sonra ictimaiyyətin və rəsmi qurumların sərt reaksiyası ilə üzləşib. Yazıçı Xalq yazıçısı fəxri adından və Prezidentin fərdi təqaüdündən məhrum edilib, barəsində cinayət işi açılıb və 2016-cı ildən ölkədən çıxışına məhdudiyyət qoyulub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar