Sizin Reklam Burada
Xəbər lenti
16-08-2026
15-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bəxtiyar VAHABZADƏNİN “gizlədilmiş” uğursuzluğu...

Tarix: 17-08-2026 11:35     Baxış: 429 A- / A+
(Doğum gününə proloq)

Emil Rasimoğlu şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü



Bütün dövrlərdə SƏNƏT adına təqdim olunan “boz ədəbi nümunə”lər, eyni zamanda formalaşmış yanlış sənət “meyarları” və o “meyarlar” əsasında aparılan qeyri-peşəkar dəyərləndirmələr daim FUNDAMENTAL, CİDDİ ƏDƏBİYYATın, eləcə də onun SPESİFİK XÜSUSİYYƏTLƏRİ, MEYARLARI qarşısında uçuruma çevrilib... çevirilir... hələ bu gedişlə çox çeviriləcəkdir.

İNDİSƏ fikirimin davamı olaraq vaxt itirmədən, gəlim, (öncələr də haqqında bəhs etdiyim) Bəxtiyar Vahabzadənin müəllifi olduğu “boz ədəbiyyat”ın üzərinə. Bəli, məhz “boz ədəbiyyat”ın!.. Bəxtiyar Vahabzadənin “boz ədəbiyyat”ının, ƏDƏBİYYATsızlığının üzərinə!..

ƏVVƏLA, ONU DEYİM Kİ, Bəxtiyar Vahabzadənin şeirləri, yazdıqları, şair tərəfi barəsində öncəki dönəmlərdə vurğuladığım haqlı fikirlər ətrafında açılan müzakirələrin çox hissəsi bir daha dəqiqliklə onu göstərir ki, gerçək sənət təsəvvürünə, gerçək sənətin prinsiplərinə, meyarlarına, mahiyyətinə, fəlsəfi mövcudluğuna... yetişmək üçün əksəriyyətin idraki qatda böyük inkişaf mərhələsi keçməsinə mütləq mənada ehtiyac var. Xüsusən də ədəbi — ictimai mühitin mənsublarının! Bu çox önəmli məsələdir. Hələ bəlkə də çoxu o mərhələni keçməsinə gecikib... VƏ YA heç o mərhələni keçə bilməyəcək. Çünki bu həm də idraki potensial, təfəkkür, yaradılış məsələsidir. Gərək necə deyərlər, yaradılışdan o “kodlara” sahib olasan... Kİ, yetişib, inkişaf da edə biləsən!

QAYIDIM MƏTLƏBƏ, SÖZÜMÜN CANINA, ÖZÜLÜNƏ... 

Bəxtiyar Vahabzadənin şeirlərinin, yazdıqlarının bədii tərkibinin mahiyyəti nədən ibarətdi ki?
Hansı mexanizmin iş prinsipinin nəticəsidir onun yazdıqları? Nə dayanır onun yazdıqlarının bünövrəsində, təməlində, məğzində, təşkilində? ƏLBƏTTƏ Kİ, yalnız (və yalnız!) publisistik didaktika(!)... şüarçılıq sindiromu(!)... kütlə psixologiyasına, kütlə təfəkkürünə söykənən pafos(!)... və fikir harmoniyası(!). TƏBİİ Kİ, bu kimi detalların iştirakı ilə yaranan yazı prosesi, bu kimi detallardan ibarət mexanizmin iş prinsipi İSƏ yekunda birmənalı şəkildə ciddi ədəbiyyatı (ƏDƏBİYYATI) ortaya qoya bilməzdi. Necə ki, ortaya qoya bilməyib!..

Məhz bu baxımdan da Bəxtiyar Vahabzadənin qələmində heç vaxt mövzunun BƏDİİ MƏTN, SƏNƏT HALINA GƏLMƏ, KEÇMƏ PROSESİ baş verməyib (Hansı ki, bir qələm adamı üçün bu çox önəmli nüansdır!).

Bilirsiniz niyə baş verməyib? 

Çünki ciddi MƏTNin, ƏDƏBİYYATın yaranmasında mütləq hesab edilən İLAHİ AMİLLƏR – novator, innovativ ƏDƏBİ TƏFƏKKÜR, həmin ədəbi təfəkkürdə mövcud olan YARADICI LABORATORİYA ilə FÖVQƏL ENERJİnin, EKSTAZ VƏZİYYƏTin vəhdəti... çox uzaq olub Bəxtiyar Vahabzadənin şair varlığından, qələmindən. (İlin günün bu çağında təbii ki, bu bir acı gerçəklikdir...)

Ümumiyyətlə yaradıcılıq (şəksiz və şəriksiz olaraq!) ƏDƏBİ TƏFƏKKÜR HADİSƏSİdir... O hadisə yoxdusa yaradıcılıq da yoxdur. Burası belə!..

... Fikirlərimin bu vədəsində xüsusən vurğulayım ki, bu gün Bəxtiyar Vahabzadənin yazdıqları ilə bağlı mövcud ƏDƏBİ HƏQİQƏTlərimi qəbul etməyənlərin(!)... etmək istəməyənlərin(!)... etmək gücündə olmayanların(!) bir qisminin düşüncəsi (yuxarıda qeyd etdiyim) gerçək SƏNƏTdən bixəbərliyə SÖYKƏNİR, bir qisminin düşüncəsi İSƏ sadəcə özünün şüuraltı BÜTPƏRƏSTLİYİNƏ!

Məsələn, İNDİ DEYİN GÖRƏK, Bəxtiyar Vahabzadənin bir dövr müəyyən bir hərəkatda olmasının, Vətəni, milləti, xalqı sevməsinin, hətta lap bir generalın üzünə tüpürməsinin (əgər hələ tüpürübsə!) ədəbi müzakirələrə nə aidiyyatı? Niyə, onun şeirlərindən, yazdıqlarından söz düşəndə əksəriyyətiniz bu kimi (ədəbi məsələlərə yad olan!) yanlış prizmalardan pafosla çıxış etməyə başlayırsınız?!

Müəllif vətənpərvərdisə demək, yazdıqları ədəbiyyatdı, şedevrdi?
Nə qədər böyük yanlış qənaət, bəsit və qeyri - peşəkar yanaşma!..

Vətənpərvərlik (eləcə də bu kimi psixoloji, mənəvi ştrixlər!) yaradıcı potensialın varlığının VƏ YA ümumiyyətlə keyfiyyət ölçüsünün göstəricisi deyil(!)... heç ola da bilməz!

... Yeri gəlmişkən, elə onu da mütləq mənada qeyd edim ki, (hansı ki, dəfələrlə qeyd etmişəm!) ƏDƏBİYYAT NƏDƏN YAZMAQ DEYİL, NECƏ YAZMAQDIR. Nədən yazırsan yaz(!), hansı mövzuya üz tutursan üz tut(!), YETƏR Kİ(!), qələm adamı olaraq o mövzunu BƏDİİ MƏTNə, SƏNƏTə çevirməyi bacar! Baxın, Bəxtiyar Vahabzadədə məhz o İLAHİ ÇEVİRİLİŞ baş vermirdi... Səbəblərsə bəlli, az öncə sadaladım!

SƏNƏTKARLIQ mövzu seçimində yox, mövzuya YANAŞMA TƏRZİndə meydana gəlir. O da ki, hələ gələ bilsə!..

... Bu məqamda götürək, müzakirələr zamanı tez – tez adı hallanan, hətta çoxları tərəfindən ilahiləşdirilən “Gülüstan” poemasını.

Bəxtiyar Vahabzadə bu poemada HANSI QURULUŞA ETİRAZ EDİB, HANSI MÖVZUNU QƏLƏMƏ ALIB, HANSI MİLLİ HİSSLƏRƏ QAPANIB sənət üçün, ədəbiyyat üçün maraqlı deyil, cənablar, zərrə qədər də olsun maraqlı deyil! Sənət üçün, ədəbiyyat üçün maraqlı olan müəllifin mövzunu NECƏ QƏLƏMƏ ALMASIDIR...

Əsas olan da məhz budur! Bu bir ƏDƏBİ AKSİOMAdır!.. Bunu anlamaq, fərqində olmaq gərək!

“Gülüstan” poemasında da sənətkarlıq, yaradıcı laboratoriyanın iş prinsipi, mövzunun novatorluqla mətn halına gətirilməsi, emal olunması... özünü birmənalı olaraq əks etdirmir, birmənalı olaraq!

O poema sadəcə publisistik ahəng, kütlə təfəkküründən, psixologiyasından yoğrulan didaktika və pafosdur!

Bu yerdə “Gülüstan” poeması ilə yanaşı Bəxtiyar Vahabzadənin digər qələm “nümunələrindən” də misal göstərmək olar... 
Amma və lakin(!) nə hacət? Hamısı eyni mexanizmin məhsuludur... və MƏN DƏ məhz bütün bu qeydlərimdə həmin o mexanizmin necəliyindən, daxili strukturundan söz açıb, acı reallıqları ifadə etdim.

... Bəxtiyar Vahabzadənin xatirələri əbədi olsun!

P.S: Bir müddət öncə yazdığım bu YAZI (həm də!) şablon, konservatizmdən yoğrulan ənənəvi fikirlərlə Bəxtiyar Vahabzadənin müdafiəsinə qalxan Sabir Rüstəmxanlıya,.. eyni zamanda sənət təsəvvürünün darısqallığı, yanlışlığı ucbatından müzakirə fiaskosu yaşayan Aslan İsmayılova,.. və müdafiə məqsədilə “çox gözəldi” deyib, ədəbiyyat adına Bəxtiyar Vahabzadənin bir “boz şeir”ini əldə bayraq edən Qulu Məhərrəmliyə bir İLAHİ CAVAB olmuşdur.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar