Xəbər lenti
Atların əslində haradan gəldiyi ilə bağlı yeni FAKT
Yeni genetik araşdırma uzun illər Avropadan yayıldığı hesab edilən atların əslində Şimali Amerika mənşəli genlər daşıdığını və Çindən keçərək Avropaya çatdıqlarını ortaya qoyub.Manevr.az xəbər verir ki, araşdırma qədim atların qitələr arasında yayılması və təkamülü ilə bağlı indiyədək mövcud olan təsəvvürləri dəyişir. Alimlər hesab edirlər ki, nəsli kəsilmiş Dalyan atı (Dalian horse) son pleystosen dövründə atların miqrasiyasında əsas halqalardan biri olub.
Əvvəllər Dalyan atının yalnız Çinin şimal-şərqində yaşadığı düşünülürdü. Lakin alimlər fosil qalıqlarından əldə olunan mitoxondrial DNT-ni analiz edərək müəyyən ediblər ki, bu atlar Şimali Amerikaya xas genetik xüsusiyyətlər daşıyıb. Daha sonra həmin genetik izlər qədim Sibir atlarında da aşkar edilib.
Tədqiqat müəlliflərinin fikrincə, Dalyan atı son pleystosen dövründə qitələr arasında genetik körpü rolunu oynayıb.
Alimlər bildiriblər ki, Dalyan atları Şimali Amerika ilə əlaqəli genetik mənşənin Şimal-Şərqi Avrasiyadakı at populyasiyalarına keçməsində əsas vasitələrdən biri olub.
Yeni araşdırma göstərir ki, bu atların yaşayış sahəsi yalnız Çinin şimal-şərqi ilə məhdudlaşmayıb.
Çinin Çinqan və Harbin bölgələrində, eləcə də Yakutiya və Cənubi Sibirdə tapılan fosillər onların son pleystosen dövründə Çinin şimalından Sibirə və Yakutiyaya qədər geniş ərazilərdə yayıldığını göstərir.
Alimlərin sözlərinə görə, Dalyan atları Şərqi Berinqiya mənşəli genlərin Şimal-Şərqi Sibirin at populyasiyalarına keçməsi üçün əsas "genetik dəhliz" rolunu oynayıb.
Bu nəticələr Avrasiyada atların miqrasiya tarixinin yenidən qiymətləndirilməsinə səbəb olur. Mütəxəssislər hesab edirlər ki, Dalyan atı sadəcə yerli bir növ deyil, müasir atların genetik formalaşmasında mühüm rol oynayıb.lent.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































