Sizin Reklam Burada
Xəbər lenti
15-08-2026
14-08-2026
BÜTÜN XƏBƏRLƏR

Deputatın oğlu dünyanın 1 nömrəli universitetinə qəbul olundu

Tarix: 15-08-2026 21:59     Baxış: 330 A- / A+
Deputatın oğlu dünyanın 1 nömrəli universitetinə qəbul olundu - ÖZƏL
Bu il Azərbaycanda Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsilini davam etdirəcək.

Onların arasında 7 nəfər ABŞ-ın məşhur Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olunub.

Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunan gənclərdən biri Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Heydər Kərimlidir.

Belə ki, Heydər Kərimli dünya şöhrətli universitetdə maliyyə ixtisası üzrə magistratura təhsili alacaq.

Massaçusets Texnologiya İnstitutu (ingiliscə: Massachusetts Institute of Technology və ya qısaca MIT), ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində yerləşən, dünyanın ən nüfuzlu və aparıcı özəl tədqiqat universitetidir. 1861-ci ildə yaradılan bu ali təhsil ocağı, xüsusilə mühəndislik, kompüter elmləri, süni intellekt və təbiət elmləri sahəsində qlobal lider sayılır. Dünyanın ən nüfuzlu ali təhsil reytinqlərindən olan QS World University Rankings 2027 hesabatına əsasən, MIT ardıcıl olaraq dünyanın 1 nömrəli universiteti seçilib.

Qeyd edək ki, Azər Kərimlinin böyük oğlu Fəxri Kərimli ali təhsili Böyük Britaniyada bitirib, o, Oksford Universitetinin məzunudr. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar