Sizin Reklam Burada
Xəbər lenti
13-08-2026
12-08-2026
BÜTÜN XƏBƏRLƏR

Kamran Əsədovun məhkəmədən XAHİŞİ

Tarix: 13-08-2026 20:30     Baxış: 319 A- / A+
Kamran Əsədovun məhkəmədən XAHİŞİ  - Gələn dəfə baxılacaq
Gəncə Şəhər Məhkəməsində buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxslər vəsatət verərək, kursda dərs deyən müəllimlərlə bağlı intizam tədbirinin görülməsini məhkəmədən istəyiblər. 
Məhkəmə tərkibi Vergilər Nazirliyinə təqsirləndirilənlərdən Gündüz Abbasovun vəzifəli şəxs olub-olmaması barədə sorğu göndərilməsi barədə qərar qəbul edib.
Daha sonra təqsirləndirilən Kamran Əsədov barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib.
Təqsirləndirilən K.Əsədovun hüquqlarını müdafiə edən vəkil Bəxtiyar Muradov bir neçə xəbər saytında məhkəmə prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılmasını deyib və məhkəmədən bununla bağlı tədbir görməsini xahiş edib.
Məhkəmə vəsatətlərə növbəti prosesdə münasibət bildiriləcəyini deyib və iclas 20 avqusta təyin olunub.
Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib. Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.lent.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar