Sizin Reklam Burada
Xəbər lenti
13-08-2026
12-08-2026
BÜTÜN XƏBƏRLƏR

Etibarnaməni ləğv etmək niyə ödənişlidir? - Hüquqşünasdan AÇIQLAMA

Tarix: 13-08-2026 20:45     Baxış: 327 A- / A+
Etibarnaməni ləğv etmək niyə ödənişlidir? - Hüquqşünasdan AÇIQLAMA

Etibarnamə vətəndaşın başqa şəxsə müəyyən hüquq və səlahiyyətlər verməsinə imkan yaradan notariat sənədidir. Lakin sonradan həmin səlahiyyətlərin dayandırılması üçün də ayrıca notariat prosedurundan keçmək tələb olunur. Etibarnamənin ləğvi zamanı vətəndaşdan xidmət haqqının tutulması isə bəzi hallarda narazılığa səbəb olur.

Xüsusilə etibarnamənin verilməsi zamanı artıq ödəniş edən vətəndaş onun ləğvi üçün yenidən xidmət haqqı ödəməsinin səbəbini sual edir. Bəs etibarnamənin ləğvi zamanı 8 manat 50 qəpik xidmət haqqının tutulmasının hüquqi əsası nədir? Vətəndaş niyə həm etibarnamənin verilməsinə, həm də onun ləğvinə görə ayrıca ödəniş etməlidir?

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, notariat hərəkətlərinin hər biri qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumu və xidmət haqları əsasında həyata keçirilir.

“Burada xidmət haqqı tutulur. Ümumiyyətlə, bütün notariat hərəkətlərində hər bir təsdiq üçün ödəniş alınır. Bu, dövlət tərəfindən yaradılmış və fəaliyyəti qanunvericiliklə tənzimlənən qurumdur. Müəyyən edilmiş xidmət haqqı ödənilir. Həm etibarnamə verilərkən, həm də ləğv edilərkən ödəniş edilir”, – deyə hüquqşünas qeyd edib.

Onun sözlərinə görə, etibarnamənin ləğvi yalnız sənədin müvafiq sistemdən çıxarılması ilə yekunlaşmır. Bu barədə aidiyyəti şəxslərin məlumatlandırılması da həyata keçirilir.

“Etibarnamə ləğv olunarkən notarius qarşı tərəfə məktub göndərir və bildirir ki, sizə verilmiş etibarnamə ləğv edilib. Bununla bağlı məlumat göndərilir. Bu işin görülməsi üçün əməkdaş tərəfindən məktub hazırlanır. Poçt xidməti də var. Bunların hamısı müəyyən xərc tələb edir”, – deyə T.Hüseynov vurğulayıb.

Beləliklə, hüquqşünasın izahına görə, etibarnamənin verilməsi və onun sonradan ləğv edilməsi ayrı-ayrı notariat hərəkətləri hesab olunduğundan, hər bir əməliyyat üzrə qanunvericilikdə nəzərdə tutulan xidmət haqqının tutulması mümkündür.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar