Sizin Reklam Burada
Xəbər lenti
12-08-2026
11-08-2026
BÜTÜN XƏBƏRLƏR

Zakir Həsənov Naxçıvanda tapşırıqlar verdi

Tarix: 12-08-2026 10:51     Baxış: 325 A- / A+

Zakir Həsənov Naxçıvanda tapşırıqlar verdiMüdafiə Nazirliyinin rəhbər heyəti Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub.
Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Nazir döyüş mövqelərində xidmət edən şəxsi heyətlə söhbətlər aparıb, onların qayğıları ilə maraqlanıb.
Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını təmin edən bütün zəruri infrastruktur yaradılıb. Hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinin fasiləsiz və təhlükəsiz təşkili məqsədilə bütün lazımi tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, hərbi hissələrin döyüş mövqelərində artilleriya zərbələri və pilotsuz uçuş aparatlarının təhdidlərinə dayanıqlı mühəndis fortifikasiya qurğuları hazırlanıb.
Daha sonra təlim poliqonunda olan nazirliyin rəhbərliyinə məlumat verilib ki, burada bölmələrin döyüş hazırlığı planlarında nəzərdə tutulmuş təlim və məşqlərin real döyüş vəziyyətinə uyğun keçirilməsinə imkan yaradılıb.
Sonda müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, döyüş hazırlığı məşğələlərinin intensivliyinin daha da artırılması, eləcə də silah və texnikanın səmərəli tətbiqinin öyrənilməsi ilə bağlı aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar