Sizin Reklam Burada
Xəbər lenti
10-08-2026
BÜTÜN XƏBƏRLƏR

Məktəbəhazırlıq qruplarına bu qədər uşaq qeydiyyatdan keçdi

Tarix: 11-08-2026 12:28     Baxış: 321 A- / A+
Bu gün saat 10:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 743 uşaq elektron qeydiyyatdan keçib.
Manevr.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, elektron qeydiyyatdan keçən uşaqlardan 13 789 nəfəri üçün aktiv sorğu yerləşdirilib.
Məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 21 iyul, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 22 iyul tarixindən aktiv edilib. Məktəbəhazırlıq qruplarına qəbul sentyabrın 14-dək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 01-30 sentyabr 2026-cı il tarixlərində həyata keçiriləcək.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2021-ci il təvəllüdlü) qəbul edilirlər.
Onu da qeyd edək ki, məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək və onları təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar