Sizin Reklam Burada
Xəbər lenti
09-08-2026
08-08-2026
BÜTÜN XƏBƏRLƏR

Elman Paşayevin keçmiş köməkçisi saxlanıldı

Tarix: 10-08-2026 08:12     Baxış: 327 A- / A+
Tanınmış rusiyalı vəkil Elman Paşayevin keçmiş köməkçisi Elgün Mamedov Rusiyada və Belarusda bir sıra daşınmaz əmlakın qanunsuz ələ keçirilməsi ilə bağlı araşdırılan cinayət işi çərçivəsində saxlanılıb.

Mamedov və onun tanışı Aleksandr Makedonski saxta sənədlərdən istifadə etməklə mənzillərin qanunsuz satışını təşkil edən qrup yaradıb.

İstintaqın versiyasına əsasən, şübhəlilər sahibləri vəfat edən və ya uzun müddət mənzillərinə gəlməyən şəxslərə məxsus əmlakları müəyyənləşdirib, sənədləri saxtalaşdıraraq həmin mənzilləri satışa çıxarıblar.

Qrupun Moskva ərazisində ən azı yeddi mənzili satmağa nail olduğu bildirilir. Daha bir neçə əmlakla bağlı planlaşdırılan sövdələşmələr isə baş tutmayıb.

Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra qrupun bir sıra üzvləri Rusiyada, digərləri isə Belarusda saxlanılıb.

İlkin hesablamalara görə, cinayətkar qrupun fəaliyyətindən dəyən zərərin məbləği təxminən 130 milyon rubl təşkil edir. İstintaq hazırda mümkün digər zərərçəkənlərin müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir. globalinfo.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar