Sizin Reklam Burada
Xəbər lenti
10-07-2026
09-07-2026
BÜTÜN XƏBƏRLƏR

İsmayıl İmanzadə bu dünyadan köçdü

Tarix: 20-06-2026 20:25     Baxış: 3608 A- / A+
Amansız ölüm daha bir söz adamını, mənəvi dünyasını şeir ruhuna kökləyən, 30 ilə yaxın qəlbində yurd ağrısı gəzdirən bir ziyalını aramızdan apardı.
Manevr.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialının sədri, tanınmış şair İsmayıl İmanzadə vəfat edib.
İsmayıl İmanzadə ömrünü söz sənətinə, poeziyaya və milli-mənəvi dəyərlərin təbliğinə həsr etmiş yaradıcı insanlardan idi. Doğma yurduna qovuşmaq arzusu ilə yaşayan şair illərlə ürəyində gəzdirdiyi həsrəti şeirlərinə köçürərək minlərlə oxucunun duyğularına tərcüman olub.
Onun vəfatı təkcə Mingəçevir ədəbi mühiti üçün deyil, bütövlükdə Azərbaycan ədəbiyyatı üçün ağır itkidir. Səmimi insanlığı, zəngin yaradıcılığı və vətən sevgisi ilə seçilən İsmayıl İmanzadənin əziz xatirəsi onu tanıyanların və oxucularının qəlbində daim yaşayacaq.

Manevr.az ailəsinin yaxın dostu, dəyərli ziyalımız İsmayıl İmanzadənin vəfatından kədərləndiyimizi bildirir, doğmalarına dərin hüznlə başsağlığı veririk!
Allah rəhmət eləsin!



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar