Xəbər lenti
2000 il əvvəl batan gəmi tapıldı – göyərtəsində yüzlərlə...
ANSA İtaliyanın Mədəniyyət Nazirliyinə istinadən gəminin sahildən təxminən 3 dəniz mili aralıda, 46 metr dərinlikdə yerləşdiyini bildirib.
İlkin məlumatlara görə, gəmi eramızdan əvvəl II–I əsrlərə aiddir. Onun göyərtəsində yüzlərlə qədim saxsı küp aşkarlanıb. Tapıntıların böyük hissəsini Roma dövründə əsasən şərabın saxlanması və daşınması üçün istifadə edilən “Dressel 1A” tipli saxsı küplər təşkil edir.
Gəminin qalıqları arasında həmçinin lövbərlərə aid iki metal mil və qurğuşundan hazırlanmış konstruksiya müəyyən edilib.
İtaliyanın mədəniyyət naziri Alessandro Giuli tapıntını son illərin ən mühüm sualtı arxeoloji kəşflərindən biri adlandırıb.
Mütəxəssislərin araşdırmaları qədim gəminin marşrutu, daşıdığı yük və Aralıq dənizindəki Roma ticarət əlaqələri haqqında yeni məlumatlar əldə etməyə imkan verə bilər. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































