Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Trampın Ağ Evdə bal zalı tikintisi ilə bağlı məhkəmədən qərar

Tarix: 08-08-2026 23:21     Baxış: 329 A- / A+
Trampın Ağ Evdə bal zalı tikintisi ilə bağlı məhkəmədən qərar

Vaşinqton — ABŞ federal apellyasiya məhkəməsi Prezident Donald Tramp administrasiyasının Ağ Evdə 400 milyon dollar dəyərində bal zalı tikintisini Konqresin razılığı olmadan davam etdirə bilməyəcəyinə qərar verib.

ABŞ-ın Kolumbiya dairəsi üzrə Apellyasiya Məhkəməsinin üç hakimdən ibarət kollegiyası 2-1 səs nisbəti ilə Tramp administrasiyasının əleyhinə qərar qəbul edib.

Qərara əsasən, Donald Tramp Ağ Evin Şərq qanadının yerləşdiyi ərazidə 90 min kvadrat fut, yəni təxminən 8 400 kvadratmetr sahəyə malik bal zalını Konqresin təsdiqi olmadan inşa etdirə bilməz.

Məhkəmə bildirib ki, belə böyük bir obyektin tikilib-tikilməməsi barədə qərar vermək Konqresin səlahiyyətindədir.

“Nəhəng bal zalının tikilib-tikilməməsi Konqresin qərar verəcəyi məsələdir”, – deyə məhkəmənin qərarında qeyd olunub.

Donald Tramp isə sosial media hesabında məhkəmənin qərarını “ədalətsiz” adlandırıb və administrasiyasının qərardan ABŞ Ali Məhkəməsinə şikayət verəcəyini açıqlayıb.
Məhkəmə qərarın icrasını iki həftə müddətinə dayandırıb. Bu müddət ərzində Tramp administrasiyasına ABŞ Ali Məhkəməsinə müraciət etmək imkanı verilib.

Qeyd edək ki, bu, Tramp administrasiyasının tikinti planları ilə bağlı bu həftə qarşılaşdığı ikinci hüquqi mübahisədir. Milli Park Xidmətinin qiymətləndirməsində Trampın Linkoln Memorialı ilə Arlinqton Milli Qəbiristanlığı arasında inşa etməyi təklif etdiyi 76 metr hündürlüyündə zəfər tağının yaxınlıqdakı tarixi ərazilərin əhəmiyyətinə mənfi təsir göstərə biləcəyi bildirilib. azmedia.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar