Xəbər lenti
Məmurların adından pul istəyirlər - Araşdırma başladı
Xarici vətəndaşların rəhbərlik etdiyi bu şəbəkələr xüsusi kompüter proqramları vasitəsilə dövlət qurumlarının, eləcə də müəssisə və təşkilatların rəsmi internet səhifələrindən əməkdaşların əlaqə nömrələrini kütləvi şəkildə əldə etməklə, həmin nömrələrə müvafiq qurumun rəhbər şəxslərinin fotoşəkillərindən istifadə edərək yaradılmış saxta hesablardan "WhatsApp" tətbiqi vasitəsilə guya "təcili" xarakterli mesajlar göndərilir və hüquq-mühafizə orqanları adından fəaliyyət göstərən digər saxta hesaba yönəldilməklə xarici hesablara pul vəsaitinin köçürülməsi barədə və ya digər tapşırıqlar verilir.Manevr.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Mövcud faktlar üzrə başlanılmış əməliyyat-istintaq tədbirləri çərçivəsində qeyd olunan cinayət əməllərinin bəzi iştirakçıları müəyyən edilib, barələrində beynəlxalq hüquqi prosedur tədbirləri başladılıb. Bundan əlavə, xarici dövlətlərin aidiyyəti orqanları, habelə müvafiq sosial şəbəkə və platformaların aid olduğu beynəlxalq texnologiya şirkətlərinin təhlükəsizlik bölmələri və platforma operatorları ilə birgə cinayətkar şəbəkə üzvlərinin tam ifşa olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.
"İnformasiya texnologiyalarının inkişafının geniş sui-istifadə imkanları ilə müşayiət olunduğu bir vaxtda Azərbaycan Respublikasının vətəndaşları sosial şəbəkələr və ani mesajlaşma platformaları üzərindən cinayətkar məqsədlə qurulan şübhəli əlaqələrə qarşı sayıqlıq nümayiş etdirməli, dövlət orqanlarını vaxtında məlumatlandırmalıdırlar", - DTX-nin məlumatında vurğulanıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































