Xəbər lenti
Gürcüstanın əsl düşməni bu biabırçı qadındır - Saakaşvili

Manevr.az teleqraf-a istinadla xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial mediada yazıb.
Saakaşvilinin sözlərinə görə, Haaqa məhkəməsi Rusiya-Gürcüstan müharibəsi zamanı Gürcüstan tərəfinin müharibə qanunlarını pozmadığını sübut edib.
“Bu yaxınlara qədər bu biabırçı qadını - Gürcüstanın əsl düşmənini “qeyd-şərtsiz lider” və “gürcü xalqının xilaskarı” adlandıran və onu mədh edən “müxalifətçilər”in coşqusu çox anlaşılmazdır. İkiüzlülüyün də bir həddi var, hər kəs öz içinə baxmalıdır.
Haaqa Beynəlxalq Cinayətlər Məhkəməsi isə çoxdan “Gürcü Arzusu”nun, rusların və onların təyin etdiyi Salomenin yalanını ifşa edib. Məhkəmə açıq şəkildə qeyd edib ki, Gürcüstan tərəfi müharibə qanunlarını pozmayıb. Xainlərin bizi günahlandırdığı günahsız əhalinin bombalanması isə məhz müharibə cinayətidir”.
Saakaşvili paylaşımında Salome Zurabişvilinin keçmişdə verdiyi açıqlamadan belə bir sitat da gətirib: “Biz öz əhalimizi bombaladıq. Bəs indi necə ərazi bütövlüyü istəyimizi deyə bilərik?
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































