Sizin Reklam Burada
Xəbər lenti
12-08-2026
11-08-2026
BÜTÜN XƏBƏRLƏR

Moskvada keçmiş deputatla və tanınmış vəkil aldadıldılar - Biznes qurmaq istəyiblər

Tarix: 12-08-2026 18:37     Baxış: 323 A- / A+



Milli Məclisin bundan əvvəlki çağırış deputatı Elşad Mirbəşiroğlu Rusiyada iş qurmaq istəyərkən işə düşüb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçi Moskvada məşhur "Futcity" bazarında buzlu limonad satışı biznesi qurmaq istəyərkən aldadılıb.
Hazırda şikayətçi olduğu şəxs isə həmin biznesi təşkil etməli olan Gülnar Soltanovadır. Keçmiş deputat bu biznesin baş tutması üçün logistika sahəsində çalışan Gülnara 50 min manat pul verib. Lakin sonradan nə vəd edilən biznes baş tutub, nə də pul geri qayıdıb.
Eyni qaydada aldadılan digər zərərçəkmiş də tanınmış simadır. Söhbət Vəkillər Kollegiyasının üzvü, vəkil Nizami İbrahimovdan gedir. Maraqlıdır ki, işi ilə bağlı tez-tez bu kimi cinayətlərlə üzləşən vəkil bu dəfə özü aldadılıb. O, hətta limonad biznesi üçün Gülnara daha çox - 210 min manat pul verdiyini bildirib.
Zərərçəkmişlər indi pullarını qaytarmaq üçün hüquq-mühafizə orqanına üz tutublar. Onların şikayətləri əsasında aparılan araşdırma nəticəsində Gülnar Soltanova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İş üzrə ibtidai istintaq bu günlərdə başlayıb, təqsirləndirilən şəxsin ittihamı qəbul edib-etmədiyi hələlik məlum deyil.
Qeyd edək ki, ikinci dəfə deputat seçilə bilməyən siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bu günlərdə işsiz qalması xəbərləri ilə gündəmə gəlib. Onun sözlərinə görə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı müəllimlik fəaliyyətindən kənarlaşdırılıb, iki ildir işsizdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar