Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

“Qadınları güclü görmək istəmirəm”

Tarix: 13-08-2026 21:28     Baxış: 491 A- / A+
Xalq artisti Nazpəri Dostəliyeva həyatından və keçdiyi çətinliklərdən danışıb.
Manevr.az xəbər verir ki, sənətçi “Günə uğurla” verilişində həyatının filmə sığmayacaq qədər hadisələrlə zəngin olduğunu bildirib:
“Həyatım bir filmə sığışmaz. Həyatımda Allahımdan verilən hər şeyi qəbul edib, şükür etmişəm. Allah mənə elə bir səs verib ki… Böyük sevgi yaşayıram, məni sevənlərimin sevgisi əhatə edib. Sevənlərim olmasaydı, cismi gəzirdi, mən yox idim”.
Müğənni həyatında yaşananları silmək istəmədiyini deyib:
“Həyatımda yaşadıqlarımın çıxmasını istəmirəm. Həyatım bir filmdir. Allahın yaşatdığı hər gün alın yazımdır. Onları necə həyatımdan çıxardım? Üsyan etmirəm. Elə çətinliklər yaşamışam ki, kişi belə yaşamazdı. Allahın verdiyi dərdi qəbul etmişəm, səbr etmişəm”.
Dostəliyeva qadınların hər zaman güclü olmaq məcburiyyətində qalmamasını arzuladığını vurğulayıb:
“Qadınları güclü görmək istəmirəm. Güclü qadının cəfası çox olur. Qadınlar xoşbəxt olmalıdır, nəvaziş görməlidir. İnsan çətin günlər yaşayanda bir az da güclənir, hər şeyi bacarır. Qadınlar güclü olmasın, onları sevgi əhatə etsin”.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar