Xəbər lenti
Uzun illər blokadada olan Naxçıvanın qarşısında indi yeni imkanlar açılıb
"1990-cı illərin əvvəllərində Naxçıvanın olduqca mürəkkəb vəziyyətdə olduğu bir vaxtda Heydər Əliyevin buraya qayıdışı mühüm tarixi hadisə idi. Onun rəhbərliyi ilə muxtar respublikanın təhlükəsizliyinin və sosial sabitliyinin qorunması, blokadanın yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. Eyni zamanda, Naxçıvanın dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi üçün mühüm qərarlar qəbul edildi.
A. Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin Naxçıvana dünənki səfəri də bu baxımdan mühüm əhəmiyyət daşıyır:
"Bu səfəri yalnız görülən işlərin qiymətləndirilməsi kimi deyil, Naxçıvanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da dəyərləndirmək olar. Prezidentin səfər çərçivəsində verdiyi mesajlar göstərir ki, Naxçıvanın qarşıdakı inkişafında iqtisadi fəallığın artırılması, infrastruktur imkanlarının genişləndirilməsi və muxtar respublikanın regional əlaqələrinin gücləndirilməsi əsas istiqamətlərdən olacaq".
Naxçıvanın iqtisadi potensialının bununla məhdudlaşmadığını söyləyən deputat əlavə edib ki, sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorunda yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar var. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































