Sizin Reklam Burada
Xəbər lenti
13-08-2026
12-08-2026
BÜTÜN XƏBƏRLƏR

Suda boğulmaların əsas səbəbləri nədir?

Tarix: 13-08-2026 16:40     Baxış: 325 A- / A+

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 60 nəfəri çimərlik mövsümündə olmaqla ümumilikdə 66 nəfər xilas edilib.
Manevr.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, xidməti nəzarət edilən ərazilərdə ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb.
Həmçinin, ümumilikdə 51 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
"Araşdırmalar zamanı məlum olub ki, suda boğulma hadisələrinin əksəriyyəti əsasən qeyri çimərlik ərazilərdən istifadə edilməsi, küləkli havada və ya sərxoş halda dənizə girilməsi, uşaq və yeniyetmələrin nəzarətsiz buraxılması, o cümlədən xüsusən bölgələrimizdə çaylar, göllər, suvarma kanalları və digər çimərlik üçün nəzərdə tutulmayan su hövzələrindən istifadə edilməsi səbəbindən baş verib.
Fürsətdən istifadə edərək əhaliyə, xüsusən valideynlərə müraciət edirik ki, istirahət üçün yalnız xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə etsinlər. Eyni zamanda, xilasedicilərin və ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələb və göstərişlərinə sözsüz əməl etsinlər. Belə ki, bir daha xatırladırıq ki, qeyri çimərlik ərazilərdən istifadə, üzmə sərhədlərini müəyyən edən işarələri keçmək, suda kobud hərəkətlər etmək, spirtli içki qəbul edərək suya girmək, xilasetmə üçün nəzərdə tutulmuş texniki vasitələrindən başqa digər texniki vasitələrlə çimərlik ərazisinə daxil olmaq qadağandır.
Çimərlikdə qadağandır:
- Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək!
- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!
- Küləkli havada dənizə girmək!
- Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək!
- Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq!
- Suda kobud hərəkətlər etmək!
- Çimərliyi məişət və digər tullantılarla zibilləmək!
- Çimərliyə ev heyvanlarını gətirmək!
- Çimərlikdə balıq tutmaq!
- Çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq!
- Çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması!
Yadda saxlayın:
- Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir!
- Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır!
- Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir!
- Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
- Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır!
- Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq təhlükəlidir!
- Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Çimərliklərdə istirahət saat 09:00-dan 20:00-dək daha təhlükəsizdir", - deyə məlumatda qeyd edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar