Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Yazarlar bir arada: Mingəçevirdə ədəbi görüş və təəssürat mübadiləsi - FOTO

Tarix: 15-08-2026 22:04     Baxış: 3118 A- / A+

 Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mingəçevir bölməsində şair və yazıçılarla növbəti tədbir keçirilib. Hər ay olduğu kimi, bu gün də qələm sahibləri bir araya gəliblər.

Manevr.az xəbər verir ki, tədbiri açan AYB Mingəçevir bölməsinin sədri, istedadlı şair Elşən Əzim yazarları salamlayaraq, avqustun 3-də Mingəçevir şəhərində və avqustun 11-də Zaqatala şəhərində AYB-nin Zaqatala bölməsinin üzvləri ilə keçirilən görüşlərdən bəhs edib. Bölmə sədri bu cür görüşlərin digər regional bölmələrlə də təşkil olunmasını məqsədəuyğun hesab edib. O vurğulayıb ki, yazarlar arasında belə canlı təmaslar ədəbiyyatımızın inkişafına böyük təkandır. Görüşlər zamanı kitab mübadiləsi aparılıb, yazarlar bir-birinin yaradıcılığı ilə yaxından tanış olublar.

Zaqatala yazarları ilə görüşdə iştirak edən qələm sahiblərindən şair Əhməd Əfsun, nasir Zümrüd Rəhimova, dramaturq Elçin Məhərrəm, şair Rahilə Hüseynqızı, satirik şair Eldəniz Cəfəroğlu, şair-publisist Məmməd Mərzili və başqaları təəssüratlarını bölüşüblər. Həmin səfərdə iştirak edə bilməyən şairlər Namiq Zaman, Ağabala Salahlı, Zakir Ağdamlı və Mehman Rəsulov Zaqatala yazarları ilə görüşə bilmədiklərinə təəssüfləndiklərini bildiriblər.

Daha sonra yazarlar öz yeni yaradıcılıq nümunələrindən şeirlər və parçalar səsləndiriblər. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.


Məmməd Gürşadoğlu
Şair-publisist
AJB-nin üzvü.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar