Sizin Reklam Burada
Xəbər lenti
14-08-2026
13-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bitki yağlarında aşkarlanan təhlükəli maddə: Sağlamlıq üçün zərərləri nələrdir?

Tarix: 15-08-2026 08:36     Baxış: 334 A- / A+
Bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, laborator müayinələr zamanı yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi - 3-MCPD müəyyən edilib.

Qida eksperti Elsevər Fərzəliyev bildirib ki, 3-MCPD maddəsi bitki yağlarının emalı zamanı texnoloji prosesin düzgün aparılmaması nəticəsində yarana bilər:

"Bu, qida çirkləndiricisidir və yağların tərkibində olması arzuolunan hal deyil. Emal texnologiyası normal şəraitdə aparılmalıdır ki, bu çirkləndirici əmələ gəlməsin".

Ekspertin sözlərinə görə, yüksək temperatur da bu maddənin yaranmasına səbəb ola bilər. Belə ki, bəzi bitki yağlarının istehsalı zamanı xammalın yüksək temperaturda emalı nəticəsində yüksəkmolekullu birləşmələr parçalanır və yeni maddələr, o cümlədən qida çirkləndiriciləri əmələ gələ bilir.

Elsevər Fərzəliyev 3-MCPD-nin insan orqanizminə mənfi təsir göstərə biləcəyini, xüsusilə böyrək və qaraciyərin fəaliyyətinə, eləcə də kişilərin reproduktiv sisteminə təsir etdiyini bildirib:

"Bir çox hallarda əmələ gələn bu qida çirkləndiriciləri insan orqanizminin müəyyən orqanlarına mənfi təsir göstərir".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar