Sizin Reklam Burada
Xəbər lenti
13-08-2026
BÜTÜN XƏBƏRLƏR

Dumanlı-dumanlı ürəklərdə səsi yetim qalmış bir qumru oxuyar" - ŞEİR

Tarix: 14-08-2026 12:25     Baxış: 3100 A- / A+
                  Cavid Fərzəli

Məmləkətim

Bir gənc telefonunda
"mənə pul göndər" mesajını oxuyub,
üzünü cibində gizlədir.

Bir ana oğlunun gələcəyini
yamaqlı şalvarına tikir.
Analar
dualarını çörəyə bölər.
Bir qızcığazın arzuları
din donunda qarıyır.

Kitabların üstündə
toz böyüyür,
uşaqlar keçmişi əzbərləyir.
Kürsülər sabahımızı
qara kağızlara möhürləyir.
Azadlıq kitablarda
əl-ayağını qürurla yelləyir,
küçələrdəysə,
baş əyir heykəllərə.

Bir məhbusun pəncərəsində
göy üzü dəmir barmaqlıqlardan tökülür.

Polisin dəyənəyi
küçələrə yol göstərir,
küçələr bir-birinin üzünə
qorxaraq baxmağı öyrənir.
Kölgəsindən qorxar bir it,
hər addım səsini dar ağacı sanar.
Kəndlərdən şəhərlərə
ağsaq arzular köçür.

Neftin gömgöy damarı partlayır,
şəhərin damarlarına
qara qan axır.
Göy üzünü
mərmər pilləkənlər ayaqlayır.
Bir baharın ürəyində
ağacların başı kəsilir.
Gecələrin üstündə
yuxusuz evlər yatır.

Bir məzlum içində böyütdüyü
padşahın qanına bələnir

Dilənçi kökündə
şahlıq səltənəti,
od da dilənçi,
kül də dilənçi.

Bir bayquş yem dilənir
mələk dimdikləriylə.
Bir para çörəyini
şeytana yem eyləyir
fağır küçələr...

Bu sabah da ölmədim,
daha bir sabah da ölməyəcəyəm.

Dumanlı-dumanlı ürəklərdə
səsi yetim qalmış
bir qumru oxuyar.

Qanad-qanad ağ göyərçinlər
daş yuvalarından
uçub gedər.

Bir ata vəfa tapır
ölmüş oğlunun üzündə,
bir körpə
qundağın qucağında ölür.

Sən burdasan,
məmləkətim?

Qıpqırmızı yağışların qanı ilə
bəzəyirsən çətirlərini.
Mən yenə sənin
xaraba küçələrində
bir işıq dilənirəm.

Əli palçıqlı bir uşağın
ovucunda böyüyür günəş.
Bəlkə bir gün
küçələr qorxmadan
yarasını sarıyacaq.

Bir daşın içində
ümid göyərə bilir axı,
mən niyə yaşamayım ki,
sabahını?

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar