Sizin Reklam Burada
Xəbər lenti
13-08-2026
12-08-2026
BÜTÜN XƏBƏRLƏR

IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı - SİYAHI

Tarix: 14-08-2026 10:08     Baxış: 320 A- / A+
IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı (SİYAHI)

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin IV ixtisas qrupunda dövlət sifarişi əsasında 3629 plan yeri ayrılıb.

Manevr.az bildirir ki, modern.az-ın Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, ən çox dövlət sifarişli yer tibb ixtisasına ayrılıb. Bu ixtisas üzrə Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti və Qarabağ Universitetində ümumilikdə 850 nəfər dövlət hesabına təhsil ala biləcək.

Dövlət sifarişli yerlərin sayına görə sonrakı sıralarda baytarlıq təbabəti - 280 yer, kimya və biologiya müəllimliyi - 260 yer, biologiya - 240 yer, psixologiya - 230 yer qərarlaşıb.

Biologiya müəllimliyi, ekologiya, kimya və kimya müəllimliyi ixtisaslarının hər biri üzrə 200 dövlət sifarişli yer ayrılıb. Biotexnologiya üzrə bu göstərici 180, əczaçılıq üzrə 147, stomatologiya üzrə 142, ictimai səhiyyə üzrə isə 115 təşkil edir.

Tibb bacısı (qardaşı) işi ixtisasında 105, fizioterapiyada 90, su bioehtiyatları və akvakulturada 80, bağçılıq və tərəvəzçilikdə 60 dövlət sifarişli yer müəyyənləşdirilib.

IV qrup üzrə ən az dövlət sifarişli yer bitki mühafizəsi ixtisasına ayrılıb. Bu ixtisas üzrə Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində ümumilikdə 50 nəfərin dövlət hesabına qəbulu nəzərdə tutulur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar