Xəbər lenti
Türkiyədə avtobus yük maşını ilə toqquşub: Bir ölü, 15 yaralı

Hatayda işçiləri daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb.
Qəza Erzin-Ceyhan yolunun Burnaz ərazisində baş verib.
"Toros Tarım" müəssisəsindən çıxan işçiləri daşıyan mikroavtobus qarşı istiqamətdən gələn yük maşını ilə toqquşub. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və jandarma əməkdaşları cəlb ediliblər.
Qəza nəticəsində tamamilə yararsız vəziyyətə düşən mikroavtobusdakı yaralılar yanğınsöndürənlərin köməyi ilə avtomobildən çıxarılıblar. Mikroavtobusda olan Mehmet Menteş adlı işçi hadisə yerində həyatını itirib, 15 yaralı isə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.
Menteşin meyiti hadisə yerində aparılan araşdırmalardan sonra morqa aparılıb.
Məlumata görə, mikroavtobusdakı şəxslər podratçı şirkətdə çalışırmışlar və işdən sonra Dörtyol və Payas rayonlarındakı evlərinə qayıdırmışlar.
Jandarma qəza ilə bağlı araşdırmaya başlayıb. azxeber.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.png)
Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































